Sizin Reklam Burada
Xəbər lenti
31-12-2025
BÜTÜN XƏBƏRLƏR

Yüksək vəzifə verilən Kamran Ağayevin DOSYESİ

Tarix: 06-07-2023 16:02     Baxış: 4199 A- / A+


 
İnnovasiya və Rəqəmsal İnkişaf Agentliyində Data idarəolunması departamentinə yeni direktor təyin edilib. Sözügedən vəzifəyə 2023-cü ilin iyun ayından Kamran Ağayev rəhbərlik edir.
İnnovasiya və Rəqəmsal İnkişaf Agentliyidən verilən məlumata görə, Kamran Ağayev İRİA ilə yanaşı, "Azercell” şirkətində Data idarəolunması şöbəsinin və ADNSU-da fəaliyyət göstərən "Big Data və Analitika Mərkəzi"nin rəhbəri vəzifələrini davam etdirəcək.
K. Ağayev 20 ildən çoxdur ki, verilənlər bazası administratoru ixtisası üzrə çalışır və "Oracle” sahəsində bir sıra professional, ekspert və master sertifikatlarına sahibdir. ABŞ-də "Oracle verilənlər bazasında məlumatların nüsxəsinin alınması və bərpa yolları” və "Oracle Certified Master” adlı 2 kitabı nəşr olunub.
O, fəaliyyəti ərzində dünyanın müxtəlif ölkələrində (ABŞ, Yaponiya, Çin, Tailand, Cənubi Koreya, Avstraliya, Hindistan, Argentina, Uruqvay, Panama, Kosta-Rika, Meksika, Qvatemala və bir sıra Avropa ölkələri) beynəlxalq konfransda çıxışlar edib, "Oracle” şirkəti tərəfindən dünyada sayı 120-dən az olan "Oracle ACE Director” mükafatına layiq görülüb.metbuat.az-a 

Manevr.az

Xəbəri paylaş







Adınız:*
E-Mail:
Şərhiniz:
  • winksmile
    laughing
    angry
Kodu yazın: *
yenilə, əgər kod görünmürsə



Çox oxunanlar




Son yüklənənlər


Axtarış

Reklam

İqtisadiyyat
Media
Ədəbiyyat
İdman
Kriminal
Şou-biznes
Elan
Yazarlar
Təqvim

«    Yanvar 2026    »
BeÇaÇCaCŞB
 1234
567891011
12131415161718
19202122232425
262728293031 
Sorğu


Portalımızı dəyərləndirin.



Çox oxunanlar