Sizin Reklam Burada
Xəbər lenti
25-11-2024
24-11-2024
BÜTÜN XƏBƏRLƏR

19 uşağı öldürən şərbətə nə qatılıbmış?

Tarix: 02-07-2023 17:49     Baxış: 3180 A- / A+



Özbəkistanda ən azı 19 uşağın ölümünə səbəb olan Hindistanın "Marion Biotech" əczaçılıq şirkəti öz məhsullarına maye yuyucu vasitələr, antifrizlər, boyalar və digər məmulatlarda istifadə olunan zəhərli materiallar qatırmış. 
Manevr.az musavat.com-a istinadən bildirir ki, şirkət öz dərmanlarını yaradanda farmasevtik propilenqlikol əvəzinə daha ucuz sənaye propilenqlikolundan istifadə edib.
Bildirilir ki, şirkət "Maya Chemtech India"dan propilen qlikol alıb. Halbujki bu şirkətin də əczaçılıq materialları satmaq üçün lisenziyası olmayıb və yalnız sənaye dərəcəli preparatlar sata bilirdi.
İşi araşdıran müstəntiqin sözlərinə görə, "Marion Biotech" əczaçılıq şirkəti inqrediyenti Özbəkistanda satdığı şərbətlərdə istifadə etməmişdən əvvəl sınaqdan keçirməyib."Maya Chemtech India" hələ ki, ittiham olunmayıb, lakin araşdırma davam edir.
Xatırladaq ki, 2022-2023-cü illərdə "Marion Biotech"in istehsal etdiyi öskürəyə qarşı şərbətdən istifadə Özbəkistanda ən azı 19 uşağın ölümünə səbəb olub.
Dekabrın sonunda Özbəkistanın Dövlət Təhlükəsizliyi Xidməti cinayət işinin başlandığını, idxalçı "Quramax Medical" şirkətinin və Dərmanların Standartlaşdırılması Elmi Mərkəzinin vəzifəli şəxslərinin saxlanıldığını elan edib. Eyni zamanda, Özbəkistanın Əczaçılıq Sənayesinin İnkişafı Agentliyi "Marion Biotech"in bütün məhsullarının satışını dayandırıb.
Fevral ayında Özbəkistanın Əczaçılıq Agentliyinin və Dərmanların Ekspertiza və Standartlaşdırma Mərkəzinin keçmiş rəhbəri Sardor Kariyev həbs edilib.

Xəbəri paylaş







Adınız:*
E-Mail:
Şərhiniz:
  • winksmile
    laughing
    angry
Kodu yazın: *
yenilə, əgər kod görünmürsə



Çox oxunanlar




Son yüklənənlər


Axtarış

Reklam

İqtisadiyyat
Media
Ədəbiyyat
İdman
Kriminal
Şou-biznes
Elan
Yazarlar
Təqvim

«    Noyabr 2024    »
BeÇaÇCaCŞB
 123
45678910
11121314151617
18192021222324
252627282930 
Sorğu


Portalımızı dəyərləndirin.



Çox oxunanlar