Sizin Reklam Burada
Xəbər lenti
21-06-2026
20-06-2026
19-06-2026
BÜTÜN XƏBƏRLƏR

Qarabağda hansı sahələrdə kadrlara ehtiyac var?

Tarix: 01-07-2023 13:44     Baxış: 3227 A- / A+


Ölkə üçün dəyərli kadr bankının formalaşdırılması olduqca vacibdir.
Manevr.az xəbər verir ki, bunu Qarabağ iqtisadi rayonuna daxil olan işğaldan azad edilmiş ərazilərdə (Şuşa rayonu istisna olmaqla) Azərbaycan Prezidentinin xüsusi nümayəndəsi Emin Hüseynov "Yüksəliş" müsabiqəsinin yarımfinal mərhələsində çıxışı zamanı deyib.
O bildirib ki, məqsədlər hər zaman fərqli olur:
"Bəziləri üçün bu müsabiqə əmək bazarının nəbzini tutmaq imkanıdır. Artıq yaxşı nəticələr var. Müsabiqənin qalibləri ən seçilmişlərdir. Təcrübə göstərir ki, ildən-ilə iştirakçıların sayı və keyfiyyəti artır".
E.Hüseynov Qarabağ və Şərqi Zəngəzurda aparılan bərpa-quruculuq kontekstində hansı sahələrdə kadrlara ehtiyac olmasına da toxunub.
O söyləyib ki, 30 il ərzində dağıdılan, vandalizmə məruz qalan, tarixi-mədəni abidələrin yerlə yeksan edildiyi Qarabağa bu gün həyat yenidən qayıdır.
"Şəhər və kəndlər yenidən bərpa olunur. Orada aparılan yenidənqurma prosesləri heç bir ali təhsil müəssisəsində tədris olunmur. Bu, qeyri-standart situasiyadır. Bu vəziyyətdə necə qərar qəbul etməyi öyrənmək böyük üstünlükdür. Bizə də bu vəziyyətdə operativ və düzgün, kreativ qərar verə bilən kadrlar lazımdı. Ümid edirəm aranızdan belə kadrlar seçiləcək", - Prezidentin xüsusi nümayəndəsi vurğulayıb.report

Manevr.az

Xəbəri paylaş







Adınız:*
E-Mail:
Şərhiniz:
  • winksmile
    laughing
    angry
Kodu yazın: *
yenilə, əgər kod görünmürsə



Çox oxunanlar




Son yüklənənlər


Axtarış

Reklam

İqtisadiyyat
Media
Ədəbiyyat
İdman
Kriminal
Şou-biznes
Elan
Yazarlar
Təqvim

«    İyun 2026    »
BeÇaÇCaCŞB
1234567
891011121314
15161718192021
22232425262728
2930 
Sorğu


Portalımızı dəyərləndirin.



Çox oxunanlar