Sizin Reklam Burada
Xəbər lenti
21-06-2026
20-06-2026
19-06-2026
BÜTÜN XƏBƏRLƏR

Laçının ucqar kəndlərində elektrik şəbəkəsi yenilənir - Video

Tarix: 30-06-2023 14:43     Baxış: 3194 A- / A+


 
Azərişıq ASC Laçın şəhərində məskunlaşan vətəndaşları fasiləsiz dayanıqlı elektrik enerjisi ilə təmin edir.
ASC-dən verilən məlumata görə, Laçının mərkəzində yerləşən evlər, dövlət əhəmiyyətli obyektlərə yeni yeraltı 0,4 kv-luq xətlər çəkilib. Həmçinin Laçın rayonu ərazisində olan bütün 35 və 0,4 kv-luq xətlər də yeraltı xətlərlə əvəz olunur.
Bildirilir ki, ümumilikdə rayon mərkəzi ilə yanaşı ən ucqar kəndlərdə belə elektrik şəbəkəsi tamamilə yenilənir. Hazırda Minkənd, "6-cı rayon" adlanan ərazi və Ağbulaq istiqamətində 40 km uzunluğunda yeni elektrik xəttinin çəkilişi işləri davam etdirilir. Şəlvə dərəsi və Kilsəlidağ istiqamətində xətlər çəkilib.
110/35/10 kv-luq Laçın Yarımstansiyasından 35 kv-luq yeraltı dairəvi xətt çəkilir ki, bunun sayəsində Laçının istənilən ərazisinə elektrik enerjisi vermək mümkün olacaq.
Həmçinin, Laçınla Kəlbəcər rayonlarının elektrik şəbəkələrini birləşdirən dairəvi elektrik təchizat sxeminin yaradılması üzrə işlər davam edir.

Manevr.az

Xəbəri paylaş







Adınız:*
E-Mail:
Şərhiniz:
  • winksmile
    laughing
    angry
Kodu yazın: *
yenilə, əgər kod görünmürsə



Çox oxunanlar




Son yüklənənlər


Axtarış

Reklam

İqtisadiyyat
Media
Ədəbiyyat
İdman
Kriminal
Şou-biznes
Elan
Yazarlar
Təqvim

«    İyun 2026    »
BeÇaÇCaCŞB
1234567
891011121314
15161718192021
22232425262728
2930 
Sorğu


Portalımızı dəyərləndirin.



Çox oxunanlar