Sizin Reklam Burada
Xəbər lenti
31-12-2025
BÜTÜN XƏBƏRLƏR

Talış kəndində otuz ildən sonra qurban kəsildi

Tarix: 28-06-2023 16:30     Baxış: 3196 A- / A+


Talış kəndində otuz ildən sonra ilk dəfə qurban kəsildi

Tərtər rayonunun işğaldan azad edilmiş Talış kəndində otuz ildən sonra Qurban bayramı qeyd edilib.
 
Manevr.az xəbər verir ki, Qarabağ iqtisadi rayonuna daxil olan işğaldan azad edilmiş ərazilərdə Azərbaycan Prezidentinin xüsusi nümayəndəliyinin, Qarabağ İqtisadi Rayonunda Bərpa, Tikinti və İdarəetmə Xidmətinin, Azərbaycan Qida Təhlükəsizliyi Agentliyinin (AQTA) təşkilatçılığı ilə qurban kəsilib. Bir ədəd iribuynuzlu heyvan kəsilərək 20 ailəyə paylanıb.
 
Qurbanlıq heyvanların kəsimi zamanı AQTA tərəfindən baytarlıq-sanitariya normalarına nəzarət edilib. Azərbaycan Qida Təhlükəsizliyi İnstitutu tərəfindən qurulan çadırda tam təchiz edilmiş mobil biotəhlükəsizlik laboratoriyaları fəaliyyət göstərir. Həmin laboratoriyalar seroloji, mikroskopik, orqanoleptik, fiziki-kimyəvi və molekulyar-bioloji müayinələrin aparılması üçün nəzərdə tutulub.
 
Talış kəndinin sakinləri bu əziz gündə kəsilən qurbanların Allah tərəfindən qəbul edilməsini, Qurban bayramının xalqımız üçün xeyirli-uğurlu olmasını diləyib, Prezident İlham Əliyevə və Birinci vitse-prezident Mehriban xanım Əliyevaya minnətdarlıqlarını bildiriblər.

Manevr.az

Xəbəri paylaş







Adınız:*
E-Mail:
Şərhiniz:
  • winksmile
    laughing
    angry
Kodu yazın: *
yenilə, əgər kod görünmürsə



Çox oxunanlar




Son yüklənənlər


Axtarış

Reklam

İqtisadiyyat
Media
Ədəbiyyat
İdman
Kriminal
Şou-biznes
Elan
Yazarlar
Təqvim

«    Yanvar 2026    »
BeÇaÇCaCŞB
 1234
567891011
12131415161718
19202122232425
262728293031 
Sorğu


Portalımızı dəyərləndirin.



Çox oxunanlar