Sizin Reklam Burada
Xəbər lenti
14-05-2024
13-05-2024
BÜTÜN XƏBƏRLƏR

Azərbaycanda vəzifəli şəxslərin arvadları da sevgili saxlayır - ŞOK AÇIQLAMA

Tarix: 28-06-2023 12:31     Baxış: 4157 A- / A+
"Əvvəllər bu hallar az-az müşahidə olunsa da texnologiyanın ildırım sürətilə inkişafı xəyanətlərin də sayını artırıb".

Hər zaman qalmaqallı açıqlamaları ilə gündəm olmağı bacaran psixoloq Samirə Bağırova bu fikirdədir.
Manevr.az bizim.media-ya istinadən xəbər verir ki, sayta açıqlamasında psixoloq bildirib ki, burada ən başlıca səbəb evləndikdən sonra kişi və qadın arasında olan münasibətlərin tam açıq olmamasıdır.
"Xəyanətə aparan yolun ən başlıca səbəbi cütlüklərin bir-birlərinə qarşı olan pərdəli davranışlarıdır. Hansı ki, evlilikdən sonra ər-arvad bir-birlərinə cinsi həyatları haqqında açıq etiraf edə bilmirlər, istəklərini boğurlar. Bu da onların arasında müəyyən problemlər yaradır və son yol xəyanət olur. Bundan başqa səbəblər kiçik nüanslardır".
Psixoloq deyir ki, Bakıda hazırda o qədər ailə var ki, xəyanətlərini bilə-bilə rəsmi nikahlarını pozmadan yaşayırlar:
"Bəzən cütlüklər sevgiləri bitsə də evliliklərini kağız üzərində saxlayırlar. Həm ər, həm də arvad ayrılıqda öz həyatlarını yaşayır. Onu da qeyd edim ki, hazırda bu Bakıda çox geniş yayılmış dəbdir. Xeyli vəzifəli şəxslər var ki, özləri kimi arvadları da sevgili saxlayır. Vəzifəli qalsın qırağa, orta təbəqəli insanlardan da bu cür "ailəli" olanlar var. Hər ikisi bilir ki, həyat yoldaşının sevgilisi var və rəsmi olaraq evliliklərini qoruyurlar".
Samirə Bağırova deyir ki, son zamanlar keçirdiyi seansların hamısının motivində xəyanət durur:
"İnanın son zamanlar seansların demək olar ki, yarıdan çoxu bu problemlə bağlıdır, şikayətlər eynidir:
"Ərim xəyanət edir və ya mən ərimə xəyanət edirəm". Həmin o pasientlərə sual verirəm ki, xəyanətə səbəb nədir? İnanın elə bir səbəb deyirlər ki, baxıram ki, hər iki tərəfin səbəbləri haqlıdır".

Xəbəri paylaş







Adınız:*
E-Mail:
Şərhiniz:
  • winksmile
    laughing
    angry
Kodu yazın: *
yenilə, əgər kod görünmürsə



Çox oxunanlar




Son yüklənənlər


Axtarış

Reklam

İqtisadiyyat
Media
Ədəbiyyat
İdman
Kriminal
Şou-biznes
Elan
Yazarlar
Təqvim

«    May 2024    »
BeÇaÇCaCŞB
 12345
6789101112
13141516171819
20212223242526
2728293031 
Sorğu


Portalımızı dəyərləndirin.



Çox oxunanlar