Xəbər lenti
Azərbaycanda unun qiyməti kəskin UCUZLAŞDI

İyun ayının 1-dən sonra Azərbaycanda unun qiyməti 14%-ə yaxın ucuzlaşıb.
Manevr.az xəbər verir ki, ayın 23-də açıqlanan sonuncu məlumata görə Azərbaycanda topdansatış mərkəzlərində 50 kiloqramlıq un kisəsinin qiyməti 27,2-29 manat arasında dəyişib.
50 kiloqramlıq un kisəsini ən ucuz qiymətə - 27,2 manata "Dəvəçi-Taxıl” MMC, ən baha qiymətə - 29,2 manata "Neon” Firması satıb.
Qeyd edək ki, bu ayın əvvəlində "Dəvəçi-Taxıl” MMC 50 kiloqramlıq un kisəsini 31,5 manata, "Neon” Firması isə 32,9 manata satıb.
Məlumat üçün qeyd edək ki, son 6 ay ərzində Azərbaycanda unun qiyməti təxminən 26%-dən və ya 10 manatdan çox ucuzlaşıb. Belə ki, ötən ilin dekabr ayının sonlarında Azərbaycanda 50 kiloqramlıq unun kisəsi 38-39 manata satılıb.
Lakin, onu da qeyd edək ki, son bir ay ərzində unun qiymətində 14% ucuzlaşma olsa da, çörəyin qiymətində ciddi dəyişiklik müşahidə olunmur.
Xəbəri paylaş
Çox oxunanlar
Son yüklənənlər


Axtarış
Reklam

İqtisadiyyat
Ədəbiyyat
Yazarlar
Emil Rasimoğlu
İmarət Cəlilqızı
Emil Rasimoğlu
Emil Rasimoğlu
Emil Rasimoğlu
Cahangir NAMAZOV
-Təranə Dəmir
Sorğu
Portalımızı dəyərləndirin.
Çox oxunanlar
































