Xəbər lenti
Toyuqları qovan kişi 2000 illik yeraltı şəhər TAPDI

Xarici KİV-i xəbər verir ki, təmir işləri zamanı zirzəmisində toyuqlarını qovalayan ev sahibi bir vaxtlar 20 min insanın yaşadığı tərk edilmiş yeraltı şəhər ilə rastlaşıb.
1960-cı illərdə naməlum şəxs divarı yıxıb və bu gün Derinkuyu kimi tanınan qədim Elengubu şəhərinə aparan qaranlıq tuneli aşkar edib.
Türkiyəli bələdçilər BBC-yə bildiriblər ki, Kapadokiyanın Orta Anadolu bölgəsinin 280 metrdən çox dərinliyində qazılmış Derinkuyu, dünyanın ən böyük qazılmış yeraltı şəhəridir və son onilliklərdə kəşf edilmiş 200-dən çox kiçik yeraltı şəhərlərlə əlaqə saxladığı güman edilib.
Girişləri Kapadokiyanın müasir, yerüstü regionunda 600-dən çox fərdi evə bağlanan yeraltı şəhərin içərisində tədqiqatçılar yaşayış yerləri, quru qida anbarları, mal-qara tövlələri, məktəblər, şərab zavodları və hətta bir kilsənin olduğu 18 səviyyəli tunel tapıblar.
Şəhər həm də sakinlərini təmiz hava və su ilə təmin edən havalandırma sistemi ilə təchiz edilib.
Əvvəllər bu şəhərdə 20 minə yaxın insan yaşayıb. Məlum olub ki, zirzəmi divarının arxasında uzun illər hamının unutduğu yeraltı şəhərə gedən tunel olub. Şəhərin ərazisi dəqiq müəyyən edilməyib: 1,5-2,5 km² və ya 4 × 4 km. big.az
Manevr.az
Xəbəri paylaş
Çox oxunanlar
Son yüklənənlər



Axtarış
Reklam

Yazarlar
Emil Rasimoğlu
Emil Rasimoğlu
Emil Rasimoğlu
Cahangir NAMAZOV
-Təranə Dəmir
- Sevil Nuriyeva
Emil Rasimoğlu
Sorğu
Portalımızı dəyərləndirin.
Çox oxunanlar