Xəbər lenti
Gədəbəydəki aksiyanın təşkilatçılarından biri həbs olundu

Gədəbəy rayonunun Söyüdlü kəndində aksiyanın təşkilatçılarından biri həbs olunub.
Manevr.az APA-ya istinadən xəbər verir ki, Söyüdlü sakinlərindən təşkil olunmuş 405 nəfərdən ibarət qrupu yaradan şəxs, aksiyanın təşkilatçılarından biri Cabbarov Etibar Məstan oğlu Rusiyadan gəlib və o, saxlanılıb.
Qeyd edək ki, Gədəbəy rayonunun Söyüdlü kəndində bir qrup şəxs kənd ərazisində süni gölün tikintisinə etiraz olaraq iyunun 20-də aksiya keçirməyə cəhd göstərib. Aksiyanın qarşısı alınan zaman polislə sakinlər arasında insident baş verib.
Gədəbəy rayonunun Söyüdlü kəndində vəziyyətin araşdırılması üçün yaradılan komissiyanın üzvləri kənd sakinləri ilə görüşüb. Görüşdə ərazidə süni gölün tikintisi ilə bağlı yaranmış vəziyyət müzakirə olunub, komissiya üzvləri sakinlərin fikirlərini dinləyib.
Manevr.az
Xəbəri paylaş
Çox oxunanlar
Son yüklənənlər


Axtarış
Reklam

İqtisadiyyat
Ədəbiyyat
Yazarlar
Emil Rasimoğlu
İmarət Cəlilqızı
Emil Rasimoğlu
Emil Rasimoğlu
Emil Rasimoğlu
Cahangir NAMAZOV
-Təranə Dəmir
Sorğu
Portalımızı dəyərləndirin.
Çox oxunanlar































