Sizin Reklam Burada
Xəbər lenti
25-11-2024
24-11-2024
BÜTÜN XƏBƏRLƏR

Rusiyada xəstə müxalifətçinin həbsi - 96 yaşlı anasını qəyyuma göndərdilər

Tarix: 23-06-2023 22:58     Baxış: 3169 A- / A+

Rusiyanın Kalininqrad vilayətində yerli müxalif fəal Yuri Barışnikov “ordu ilə bağlı saxta məlumatlar yaymaqda” təqsirli bilinib və buna görə həbs olunub.

Anası qəyyumluq orqanlarına təhvil veriləcək.

96 yaşlı Yevgeniya Barışnikova müharibə veteranı və Holokost qurbanıdır. Qadın yataq xəstəsidir. Barışnikov yataq xəstəsi olan anasına qulluq edirmiş, çünki onun başqa qohumları qalmayıb.

Müxalif fəalın məlumata görə, anası uzun müddət sağlam olub, onunla söhbət edib, lakin onların mənzilində axtarış aparıldıqdan və oğlunun həbsindən sonra qadın “huşunu itirib”.

Bu il iyunun 22-də Kalininqrad vilayətinin Sovet Məhkəməsi fəal Yuri Barışnikovu 7,5 il müddətinə azadlıqdan məhrum edib. Barışnikovun qapalı Facebook hesabındakı yazılar məhkəmədə sübut olaraq qəbul edilib.

Barışnikovun özünə hökm çıxardıqdan sonra məhkəmə onun anasını Kalininqrad vilayətinin Sovet şəhər rayonunun qəyyumluq orqanlarına təhvil vermək qərarına gəlib. Vəkil Mariya Bontslerin söylədiyinə görə,  məhkəmənin belə bir qərar qəbul etmək hüququ yoxdur – qadın hüquqi cəhətdən fəaliyyət qabiliyyətini itirən adam kimi tanınmayıb.

Üstəlik 64 yaşlı Barışnikovun özünün də ağır xəstə olduğu bilinir.

Vəkillər məhkəmə hökmünü “iki adamın qətli” deyə adlandırıblar. musavat.com

Manevr.az 

Xəbəri paylaş







Adınız:*
E-Mail:
Şərhiniz:
  • winksmile
    laughing
    angry
Kodu yazın: *
yenilə, əgər kod görünmürsə



Çox oxunanlar




Son yüklənənlər


Axtarış

Reklam

İqtisadiyyat
Media
Ədəbiyyat
İdman
Kriminal
Şou-biznes
Elan
Yazarlar
Təqvim

«    Noyabr 2024    »
BeÇaÇCaCŞB
 123
45678910
11121314151617
18192021222324
252627282930 
Sorğu


Portalımızı dəyərləndirin.



Çox oxunanlar