Sizin Reklam Burada
Xəbər lenti
25-11-2024
24-11-2024
BÜTÜN XƏBƏRLƏR

Gədəbəyli sabiq nazir Söyüdlüdən danışdı: “Mənim vaxtımda belə şey olubsa…”

Tarix: 23-06-2023 20:14     Baxış: 3248 A- / A+



Gədəbəy rayon Söyüdlü kəndində hadisələrə səbəb olan qızıl mədəninin sahibinin İran əsilli iş adamı Rza Vəziri olduğu üzə çıxıb. Deyilənə görə, o, obyekti 1993-cü ildə alıb.
1992-93-cü illərdə Material Ehtiyatları Nazirliyi fəaliyyət göstərib. Sonradan islahatlar nəticəsində ləğv edilərək başqa qurumlara birləşdirildi. Keçmiş prezident Əbülfəz Elçibəyin 12 avqust 1992-ci il sərəncamı ilə əslən Gədəbəy rayonundan olan Şəmsəddin Rəhimov material ehtiyatları naziri təyin edilmişdi. Maraqlıdır, sabiq nazir iranlı iş adamı ilə bağlı nələri bilir?
Manevr.az-ın xəbərinə görə, Globaolinfo.az Şəmsəddin Rəhimli ilə əlaqə saxlayıb.
O, 1993-ci ildə Rza Vəziri ilə bağlı söhbətin gündəmdə olmadığını bildirib:
“Hətta mənim də nazir olduğum dönəmdə belə bir şey olubsa, bunu artıq aidiyyəti orqanlar və ya keçmiş ekologiya və təbii sərvətlər naziri bilər. Çünki mən o sahələrdən uzaq olan biriyəm. Amma 1993-cü ildə Ekologiya və Təbii Sərvətlər Nazirliyinin kimlərləsə işləməsi və müqavilə bağlaması olmayıb. Sadəcə olaraq neft kontraktları üzərində iş gedib. Gəncə qiyamı baş verməsə idi iyun ayının 16-sı, ya 20-si kontraktın imzalanması gözlənilirdi. Təəssüf ki, imkan verilmədi”.
Sabiq nazir deyib ki, Kanada, ya ABŞ-da yaşayan və əlvan metallarla məşğul olan İran vətəndaşı Rza Vəziri 1996-97-ci illərdə Azərbaycana gəlib və təbii ki, kontraktlar imzalanıb.
Şəmsəddin Rəhimli sianid turşusu ilə bağlı məsələyə də toxunub:
“Real vəziyyət göz önündədir. Sianid turşusu olduqca zəhərli maddədir. Bir şey ki, təxmini 25 dərəcədə qaynayıb, 13 dərəcədə donur və çox yüksək sürətlə buxarlanma qabiliyyətinə malikdir, faktiki olaraq onun buxarını udan şəxsi öldürür, deməli, təhlükəlidir. Hətta sianid tozunun buxarı insan əynindəki paltara hoparsa, mütləq evə girən kimi geyimini dəyişməlidir. Çünki özü ilə bərabər evdə başqalarını da zəhərləyə bilər. İndi siz onun miqyasını təsəvvür edin. Bundan başqa çox güclü şəkildə ağ ciyər və digər xəstəliklər yaratmaq qabiliyyətinə malikdir”.

Şəmsəddin Rəhimli
Keçmiş nazir bildirib ki, Söyüdlüdəki hadisələrin kənardan idarə olunması haqda deyilənlərə də münasibət bildirib:
“Problem çoxdan var. Dəfələrlə gündəmə gəlib. Vaxtında ölçü götürülməyib, vətəndaşın səsi eşidilməyib. Reallıq budur. Gədəbəy dəniz səviyyəsindən təxmini 2 min metrə qədər yüksəklikdə yerləşir. Orada yataqlar çalışandan bu günə qədər demək olar ki, qarın yağması da problemə çevirilib. İqlim dəyişməsi o dərəcədə güclüdür ki, artıq bulaqlar da quruyur. Qar və qar ehtiyatı, eləcə də su ehtiyatı yoxdur. Özüm gədəbəyliyəm və burada dünyaya gəlmişəm. Ona görə problemləri yaxşı bilirəm”.

Manevr.az

Xəbəri paylaş







Adınız:*
E-Mail:
Şərhiniz:
  • winksmile
    laughing
    angry
Kodu yazın: *
yenilə, əgər kod görünmürsə



Çox oxunanlar




Son yüklənənlər


Axtarış

Reklam

İqtisadiyyat
Media
Ədəbiyyat
İdman
Kriminal
Şou-biznes
Elan
Yazarlar
Təqvim

«    Noyabr 2024    »
BeÇaÇCaCŞB
 123
45678910
11121314151617
18192021222324
252627282930 
Sorğu


Portalımızı dəyərləndirin.



Çox oxunanlar