Xəbər lenti
Deputat Səttar Möhbalıyevin məhkəməyə gətirilməsi tələb olunur - “Stadion satışı” qalmaqalı böyüyür
Manevr.az Koordinat.az-a istinadən xatırladır ki, sözügedən cinayət işi üzrə 5 nəfər - Rauf İsmayılov, Dadaş Umbatov, Həbib Zülfüqarov, Elçin Rüstəmov və Yusif Vəlixanov zərərçəkmiş qismində tanınıb. Onlardan birinin - Elçin Rüstəmovun hüquqlarını vəkil Aslan İsmayılov müdafiə edir. Digər zərəçəkənlər isə həm onlara satılmış statdionların, həm də torpaq sahələrinin sonradan əllərindən alınmasından şikayətçidir.
Sonuncu məhkəmə prosesindən sonra “Kanal-13” internet televizyasına müsahibə verən hüquqşünas Aslan İsmayılov deyib ki, müdafiə etdiyi şəxsə Gəncə şəhərində və Göygöl rayonunda hər birinin qiyməti 400 min manat olan iki stadion satılıb. Sonradan hər iki statdion sahibkarın əlindən alınıb, onun ödədiyi 800 min manat isə mənimsənilib: “Həmin statdionları və torpaq sahələrini Səttar Möhbalıyev satdırıb. Bu cinayət işi üzrə indiyədək 6-7 məhkəmə prosesi keçirilib. Cavabdeh kimi məhkəmə ifadə verən Nadir Əliyev bar-bar bağırır ki, Səttar Möhbalıyevin razılığı olmasa, o, heç bir sənədə imza ata bilməz. O, stadionların satışına görə sahibkardan alınan pulları da Səttar Möhbalıyevə verib”.
Tanınmış hüquqşünas “Təkcə bu iki stadian deyil, respublikadakı stadionların yarısından çoxunu Səttar Mehbalıyev dədəsinin malı kimi satıb. Amma buna görə onu sorğu-sual edən yoxdur” deyə Azərbaycan Həmkarlar İttifaqları Konfederasiyasının rəhbərini ittiham edib.
Aslan İsmayılov bu iş üzrə istintaq orqanının fəaliyyətindən narazı qaldığını, əsas günahkarın adının gizlədildiyini deyib. Onun sözlərinə görə, təqsirləndirilən Nadir İsmayılov ifadəsində müvəkkili Elçin Rüstəmovdan aldığı pulları Azərbaycan Həmkarlar İttifaqının sədri, deputat Səttar Möhbalıyevə verdiyini etiraf edib. Bu məsələ Nadir İsmayılovla Elçin Rüstəmov arasında üzləşdirmə zamanı da təsdiqlənib. Lakin Səttat Möhbaliyev bir dəfə də olsun, istintaqa çağırılmayıb: “Bu stadionları satan Səttar Möhbalıyevdir. Bununla bağlı Respublika Prokurorluğuna dəfələrlə təkzibedilməz sübutlar təqdim edilsə də, prokurorluq Səttar Möhbalıyevi istintaqa cəlb edə bilməyib. Halbuki həm zərərçəkənlər, həm də təqsirləndirilən şəxslər konfederasiya rəhbəri olan deputatın dindirilməsini dəfələrlə məhkəmədən xahiş edib. Ancaq Səttar Möhbalıyev indi də məhkəməyə gəlmir. Nadir Əliyev onun stadionlar və idman qurğuları üzrə müavini olub, o da ifadə verib ki, stadionların və torpaq sahələrinin satışına dair alqı-satqı sənədlərini imzalayan Səttar Möbalıyevdir. Hüquqlarını müdafiə etdiyim şəxsə satılmış hər iki statdionu sonradan onun əlindən alıblar. Söz veriblər ki, ya pulunu qaytaracağıq, ya da stadionların əvəzində başqa ərazilərdə torpaq sahəsi veriləcək. Ancaq bu vədlərin heç birinə əməl olunmayıb. Ona görə məhkəmədən tələb edirik ki, hüquqlarını müdafiə etdiyim şəxsə dəymiş ziyan ödənilsin. Bizim bir xahişimiz də odur ki, bu işlərin başında duran Səttar Möhbalıyev Məhkəmə kürsüsünə gətirilsin”.
Xatırladaq ki, məhkəmə zərərçəkənlərin onlara dəymiş zərərin ödənilməsi ilə bağlı qaldırdıqları vəsatəti qəbul edib. Onlar növbəti iclaslarda Səttar Möhbalıyevin də məhkəməyə gətirilməsi ilə bağlı yenidən vəsatət qaldıracaqlar.
Manevr.az
Xəbəri paylaş
Çox oxunanlar
Son yüklənənlər
Axtarış
Reklam
İqtisadiyyat
Şou-biznes
Yazarlar
Sevinc QƏRİB
KƏRAMƏT
KƏRAMƏT
Emil Rasimoğlu
KƏRAMƏT
Aydın Canıyev
Aydan Ay
Sorğu
Portalımızı dəyərləndirin.
Çox oxunanlar