Sizin Reklam Burada
Xəbər lenti
09-05-2024
BÜTÜN XƏBƏRLƏR

İllik 127 min dollar maaşla it baxıcısı AXTARILIR

Tarix: 22-06-2023 21:25     Baxış: 3135 A- / A+
İllik 127 min dollar maaşla it baxıcısı AXTARILIRBöyük Britaniyadan olan amerikalı milyarderlər ailəsi illik 127 min dollar maaşla itləri üçün tam ştatlı dayə axtarır.

Bu barədə "New York Post" məlumat yayıb.

Dərc edilən elanda deyilir ki, seçilmiş namizəd Londonun yüksək səviyyəli bölgəsindəki ailənin evində yaşayacaq və itlərə misilsiz qayğı və diqqət göstərəcək, onlara dəyərli ailə üzvləri kimi baxacaq.

"İki sevimli itə birinci dərəcəli qulluq göstərəcək çox təcrübəli it baxıcısı axtarılır. Bu, öz sahəsində itlərin ümumi rifahını, xoşbəxtliyini və təhlükəsizliyini təmin edə bilən bir insan olmalıdır" deyə iş elanında deyilir.

Müraciət etmək niyyətində olan şəxs itlərin ehtiyaclarını ödəmək üçün axşamlar, həftə sonları və bayram günləri də daxil olmaqla qeyri-müntəzəm saatlarda işləməyə hazır olmalıdır.

İşə götürən Corc Dannın sözlərinə görə, elan bir həftədən az əvvəl dərc edilib, lakin 400-dən çox potensial namizəd artıq ona cavab verib:

"İlk dəfədir ki, it baxıcısı üçün vakansiya elan edirik. Namizəd üçün təklif olunan maaş elə-belə verilmir. Hətta bir baytar olaraq belə pul qazanmaq sizin üçün çətin olacaq".

Corc Dann əlavə edib ki, it baxıcısı ildə 6 həftəlik ödənişli məzuniyyət hüququna malikdir.

"Belə müştərilərlə məşğul olanda, sabah Monakoya getmək istəsələr, bu itlərlə şəxsi təyyarədə uçmalı olacağına hazır olmalısan. Hər şeyi atıb şəxsi həyatınızı arxa plana keçirməli olacaqsınız" deyib. lent.az

Manevr.az 

Xəbəri paylaş







Adınız:*
E-Mail:
Şərhiniz:
  • winksmile
    laughing
    angry
Kodu yazın: *
yenilə, əgər kod görünmürsə



Çox oxunanlar




Son yüklənənlər


Axtarış

Reklam

İqtisadiyyat
Media
Ədəbiyyat
İdman
Kriminal
Şou-biznes
Elan
Yazarlar
Təqvim

«    May 2024    »
BeÇaÇCaCŞB
 12345
6789101112
13141516171819
20212223242526
2728293031 
Sorğu


Portalımızı dəyərləndirin.



Çox oxunanlar