Sizin Reklam Burada
Xəbər lenti
12-09-2025
BÜTÜN XƏBƏRLƏR

Gəlin toydan bir neçə dəqiqə əvvəl polis bölməsinə aparıldı

Tarix: 22-06-2023 19:58     Baxış: 3222 A- / A+


Gəlin toydan bir neçə dəqiqə əvvəl  polis bölməsinə   aparıldı
Hindistanda gəlin toy mərasiminə bir neçə dəqiqə qalmış polis bölməsinə aparılıb.
Xarici medianın xəbərinə görə, Alfiyya ilə Axil arasında dinlərarası nikah mərasiminə polis imkan verməyib. Polis əməkdaşlarının olduğu maşın Kovalamdakı kilsəyə yaxınlaşıb. Bu, yeni evlənənlərin nikah andlarını etməsindən bir neçə dəqiqə əvvəl baş verib. Hüquq-mühafizə orqanlarının əməkdaşları ər-arvadın yanına qaçaraq qışqırmasına və etirazlarına baxmayaraq, qızı zorla maşına mindiriblər. Bəyin gəlinə yaxınlaşmasına icazə verilməyib və onu polis bölməsinə aparıblar.
Bölmədən qızı məhkəmə binasına aparıblar, o, ifadə verib və təsdiqləyib ki, Axillə gedib və öz istəyi ilə onunla evlənmək niyyətindədir. Məlum olub ki, qızlarının toyunun əleyhinə olan Alfiyanın valideynləri onun itməsi ilə bağlı polisə ərizə veriblər. İfadə verdikdən sonra Alfiyyaya nişanlısı ilə məhkəməni tərk etməyə icazə verilib.
Lakin yeni ailə quranların dediyinə görə, polislər özlərini qeyri-peşəkar aparıb və qanunu pozublar, çünki hadisədən bir neçə gün əvvəl Alfiyya artıq ifadə verib ki, Axillə bir ildən artıqdır tanışdır və öz istəyi ilə onunla gedir.
Gənclər polislərdən şikayət edib, onlara qanunsuz güc tətbiqi olub-olmadığını araşdırılacağı vəd edilib. Çətinliklərə baxmayaraq, hadisədən sonra bəylə gəlin hələ də evlənmək fikrindədirlər.lent.az

Manevr.az

Xəbəri paylaş







Adınız:*
E-Mail:
Şərhiniz:
  • winksmile
    laughing
    angry
Kodu yazın: *
yenilə, əgər kod görünmürsə



Çox oxunanlar




Son yüklənənlər


Axtarış

Reklam

İqtisadiyyat
Media
Ədəbiyyat
İdman
Kriminal
Şou-biznes
Elan
Yazarlar
Təqvim

«    Sentyabr 2025    »
BeÇaÇCaCŞB
1234567
891011121314
15161718192021
22232425262728
2930 
Sorğu


Portalımızı dəyərləndirin.



Çox oxunanlar