Xəbər lenti
Elçibəyin 85 illik yubileyi ilə bağlı tədbirlər planı açıqlandı
Milli Azadlıq hərəkatının lideri, Azərbaycan Respublikasının eks-prezidenti Əbülfəz Elçibəyin anadan olmasının 85 illiyi ilə bağlı Bakıda, Avropanın bir sıra şəhərlərində və doğulduğu Kələki kəndində bir sıra tədbirlər keçirilməsi nəzərdə tutulub.
Bu barədə tədbirləri təşkil edən Milli Hərkatçılar Birliyində (MHB) yaradılmış "Təşkilat Komitəsi” tərəfindən açıqlama verilib.
Komitənin yaydığı açıqlamada bildirilir: "Milli Hərəkatçılar Birliyi əbədi liderimiz Əbülfəz Elçibəyin anadan olmasının 85 illiyi münasibətilə silsilə tədbirlər keçirəcək. MHB Yüksək Məclisi bu barədə ayın əvvəlindən keçirdiyi onlayn tədbirlər və müzakirələr nəticəsində qərar qəbul edib və qərarın icrası MHB-nin Yönətim Kuruluna həvalə edilib.
Bundan sonra MHB Yönətim Kurulu lazımi hazırlıqları görərək, uyğun fəaliyyət planı müəyyənləşdirib. Silsilə tədbirlərin keçirilməsi ilə bağlı plan hazırlanıb. Bu planda aşağıdaki tədbirlər nəzərdə tutulur:
İlk olaraq, Elçibəyin xatirəsinə həsr edilmiş Gənclər Arasında Şahmat Turniri 22 iyun, saat 11:45-də, Bakı şəhərində keçiriləcək.
Növbəti tədbir, yenə həmin tarixdə, 22 iyun saat 21:00-da Elçibəyin həyat və fəaliyyətinə həsr edilmiş virtual konfrans şəklində keçiriləcək.
İyun ayının 23-də, saat 15:00 da, Bakı şəhərində ABP-nin (Azərbaycan Bütövlük Platforması) əsas təşkilatçılığında, ABP-MHB funksionerlərinin və qonaqların iştirakı ilə "Azərbaycan tarixində və müasir ictimai-siyasi həyatında Elçibəyin rolu və yeri” adlı konfrans öz işinə başlayacaq.
Tədbirlər silsiləsi çərçivəsində, Milli Hərəkatçılar və Elçibəyin silahdaşları iyun ayının 24-ü saat 13:00-da Fəxri Xiyabanda Elçibəyin məzarını ziyarət edəcəklər. Bunun ardınca isə, saat 15:00-da "Xudafərin Şadlıq Sarayı”nın Böyük Zalında Bakı və regionlardan hərəkatçıların, siyasətçilərin, ictimai xadimlərin və ziyalıların iştirakıyla geniş salon toplantısı olacaq. MHB Yönətim Kurulu Başkanı İstanbul Mərmərə Universitetinin müəllimi Arif Acalov tədbirlərdə iştirak etmək üçün artıq Bakı şəhərindədir.
Avropanın bir sıra şəhərlərində, o cümlədən Almaniya və İsveçrədə yaşayan MHB üzvləri də hər il olduğu kimi, 24 iyunda Elçibəyin doğum gününü çeşidli yığıncaq və tədbirlərə qeyd edəcəklər.
Hər il olduğu kimi bu tarixdə, 24 iyunda Elçibəyin doğulduğu Kələki kəndində "Doğum günü münasibəti ilə açıq hava toplantısı” keçiriləcək. Toplantıda respublikanın bir çox yerindən, o cümlədən Naxçıvan Muxtar respublikasının bütün rayonlarından qonaqların iştirakı gözlənilir".
Xatırladaq ki, bu ənənəvi tədbir hər il olduğu kimi bu il də saat 11:00 da Elçibəyin Kələkidəki "Ev Muzeyi”nin ziyarəti ilə başlanacaq. Keçən il olduğu kimi, bu il də tədbirin təşkilatçısı Kələki kənd sakinləri və Milli Hərəkatçılar Birliyidir.
Manevr.az
Xəbəri paylaş
Çox oxunanlar
Son yüklənənlər
Axtarış
Reklam
İqtisadiyyat
Şou-biznes
Yazarlar
Sevinc QƏRİB
KƏRAMƏT
KƏRAMƏT
Emil Rasimoğlu
KƏRAMƏT
Aydın Canıyev
Aydan Ay
Sorğu
Portalımızı dəyərləndirin.
Çox oxunanlar