Sizin Reklam Burada
Xəbər lenti
25-11-2024
24-11-2024
BÜTÜN XƏBƏRLƏR

Nazir müavinin oğlunun şirkəti ilə milyonluq müqavilə

Tarix: 20-06-2023 19:17     Baxış: 3175 A- / A+


"Azərpambıq Aqrar Sənaye Kompleksi” MMC yağ və sürtkü materiallarının satın alınması ilə bağlı tenderə yekun vurub. 

Manevr.az qaynarinfo-ya xəbər verir ki, tenderin qalibi "Technoil” MMC olub. Tərəflər arasında bağlanacaq müqavilənin maliyyə dəyəri 997 105,31 AZN təşkil edir.

İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidmətinin reyestr məlumatlarına görə, 10 mart 2015-ci ildə qeydiyyata alınıb. Nizamnamə kapitalı 11 688 495 AZN olan şirkətin hüquqi ünvanı Sumqayıt şəhəri, Sülh küçəsi, məhəllə 76-da yerləşir. MMC-nin qanuni təmsilçisi Zeynalova Rumidə Ağabəy qızıdır.

"Technoil” MMC-nin həmtəsisçilərindən biri fövqəladə hallar nazirinin müavini Orucəli Hacıyevin oğlu Elvin Hacıyevdir. 

Elvin Hacıyev müsahibələrinin birində "Technoil” MMC ilə bağlılığını gizlətməyib. "Technoil” bizim ailədən gələn layihədir”, deyə o bildirib.

"Azərpambıq Aqrar Sənaye Kompleksi” MMC 25 may 2018-ci ildə qeydiyyata alınıb. Nizamnamə kapitalı 133173644.45 AZN-dir. MMC-nin qanuni təmsilçisi Mehdiyev Fəxri Vaqif oğludur.

Fəxri Mehdiyev 2017-2020-ci illərdə "Azərbaycan Sənaye Korporasiyası” Açıq Səhmdar Cəmiyyətinin (ASC) Maliyyə departamentinin direktoru, 2020-2021-ci illərdə isə ASC-nin Strateji inkişaf və kommersiya departamentinin direktoru vəzifəsinə təyin olunub.

"Azərpambıq Aqrar Sənaye Kompleksi” MMC "Azərbaycan Sənaye Korporasiya” ASC-nin tərkibində fəaliyyət göstərir. 



"Azərpambıq Aqrar Sənaye Komleksi” MMC-nin rayonlarda 14 müəssisəsi var: Bunlar aşağıdakılardır:

Ağcabədi Pambıq İstehsalı və Emalı Zavodu (əkin sahəsi - 4200 ha)
Beyləqan Pambıq İstehsalı və Emalı Zavodu (əkin sahəsi - 3200 ha)
Bərdə Pambıq İstehsalı və Emalı Zavodu (əkin sahəsi - 3640 ha)
Biləsuvar Pambıq İstehsalı və Emalı Zavodu (əkin sahəsi - 1750 ha)
Saatlı Pambıq İstehsalı və Emalı Zavodu (əkin sahəsi - 2600 ha)
Şirvan Pambıq Emalı Zavodu
Ucar Pambıq Emalı Zavodu
Ağdam Pambıq İstehsalı və Tədarük Məntəqəsi (əkin sahəsi - 540 ha)
Goranboy Pambıq İstehsalı və Tədarük Məntəqəsi (əkin sahəsi - 900 ha)
İmişli Pambıq İstehsalı və Tədarük Məntəqəsi (əkin sahəsi - 1800 ha)
Sabirabad Pambıq İstehsalı və Tədarük Məntəqəsi (əkin sahəsi - 3090 ha)
Salyan Pambıq İstehsalı və Tədarük Məntəqəsi (əkin sahəsi - 1350 ha)
Tərtər Pambıq İstehsalı və Tədarük Məntəqəsi (əkin sahəsi - 1650 ha)
Biləsuvar Təcrübə Sınaq Təsərrüfatı (əkin  sahəsi -  800 ha)


Xəbəri paylaş







Adınız:*
E-Mail:
Şərhiniz:
  • winksmile
    laughing
    angry
Kodu yazın: *
yenilə, əgər kod görünmürsə



Çox oxunanlar




Son yüklənənlər


Axtarış

Reklam

İqtisadiyyat
Media
Ədəbiyyat
İdman
Kriminal
Şou-biznes
Elan
Yazarlar
Təqvim

«    Noyabr 2024    »
BeÇaÇCaCŞB
 123
45678910
11121314151617
18192021222324
252627282930 
Sorğu


Portalımızı dəyərləndirin.



Çox oxunanlar