Sizin Reklam Burada
Xəbər lenti
11-11-2025
10-11-2025
09-11-2025
BÜTÜN XƏBƏRLƏR

Qızına dəbdəbəli toy edən məmur İŞDƏN ÇIXARILIR?

Tarix: 20-06-2023 14:14     Baxış: 4325 A- / A+
Xəbər verdiyimiz kimi, TƏBİB-in İdarə Heyətinin sədri Vüqar Qurbanov qızı Aygül Qurbanovaya Bakıdakı dəbdəbəli restoranların birində toy edib. Toya nazirlər, komitə sədrləri, icra başçıları, deputatlar, bir sıra ictimai-siyasi xadimlər və yüksək vəzifəli şəxslər qatılıb. Həmçinin ölkənin tanınmış sənət adamları - Aygün Kazımova, Röya Ayxan, Tünzalə Ağayeva, Zamiq Hüseynov, "Natiq" ritm qrupunun rəhbəri Natiq Şirinov və başqaları da toyda qonaq olublar. KİV-lərin yazdığına görə, TƏBİB sədri məclisi şənləndirən sənətçilərə üst-üstə 100 min manatdan çox qonorar ödəyib. Həmin gün restoranda bir yerin qiyməti isə 350-400 manat civarında olub.  
Manevr.az-ın yenisabah.az-a istinadən məlumatına görə, yüksəvəzifəli məmurun dəbdəbəli toy etməsi onun karyerası üçün ciddi problem yaradıb. Vüqar Qurbanovun yaxınlarından biri saytımıza açıqlamasında bu xəbəri təsdiq edib. Onun sözlərinə görə, qızına bu cür möhtəşəm toy etməsi TƏBİB sədrini hədəf taxtasına çıxarıb.  Mənbə bildirib ki, toyla bağlı görüntülərin sosial şəbəkələrə yol tapması vəziyyəti daha da mürəkkəbləşdirib. Toydan dərhal sonra bu hərəkətinə görə Vüqar Qurbanova irad bildirilib. Ona məmurların xalqın xidmətçisi olduğu, öz davranışlarına diqqət etmələrinin vacibliyi xatırladılıb.  Məlumatlı şəxs saytımıza məlum toy məclisinin TƏBİB sədrinin karyerasına son qoya biləcəyini deyib. 



Xəbəri paylaş







Adınız:*
E-Mail:
Şərhiniz:
  • winksmile
    laughing
    angry
Kodu yazın: *
yenilə, əgər kod görünmürsə



Çox oxunanlar




Son yüklənənlər


Axtarış

Reklam

İqtisadiyyat
Media
Ədəbiyyat
İdman
Kriminal
Şou-biznes
Elan
Yazarlar
Təqvim

«    Noyabr 2025    »
BeÇaÇCaCŞB
 12
3456789
10111213141516
17181920212223
24252627282930
Sorğu


Portalımızı dəyərləndirin.



Çox oxunanlar