Xəbər lenti
Bu yerlərdə tikilən obyektlərə sənəd verilməyəcək - VİDEO
Sənədsiz obyektlərlə bağlı prosedur sadələşdirildikdə bundan 40 min sahibkar faydlanacaq.
Ciddi norma pozuntuları ilə inşa edilmiş, yüksək gərginlik xəttlərin, qaz kəmərlərinin, neft boru kəmərlərinin mühafizə zolağında inşa olunan, həmçinin meşə torpaqlarında yerləşən qeyri yaşayış obyektlərinin sənədləşməsi isə mümkün olmayacaq.
Maraqlıdır təhlükəli mühafizə zolaqlarındakı qeyri yaşayış obyektləri necə sənədləşdiriləcək?
Manevr.az-ın məlumatına görə, Dövlət Kadastrı və Reyestri Publik Hüquqi Şəxsin İdarə Heyətinin sədr müavini Elşad Məmmədov "Xəzər Xəbər”ə müsahibəsində qeyd edib ki, əgər torpaq mülkiyyətdə deyilsə və ya öz mülkiyyətində olan torpağı aşaraq qonşunun bələdiyyə torpağından istifadə edilibsə, hərracdankənar qaydada sürətli şəkildə həmin sahibkarların icarəsinə veriləcək və ya özəlləşdiriləcək.
Elşad Məmmədov qeyd edib ki, sahibkarların müraciəti Fövqəladə Hallar Nazirliyinin müvafiq Regional İdarələrinə olacaq.
Hansısa əlavə quruma müraciət etmək, arayış alıb digər quruma təqdim etməyə ehtiyac qalmayacaq.
FHN vətəndaşın müraciəti əsasında Əmlak Məsələləri Dövlət Xidmətinə müraciət edəcək.
Elşad Məmmədov qeyd edir ki, hazırkı fərmandan 40 min nəfərə yaxın sahibkar faydalanacaq.
Xəbəri paylaş
Çox oxunanlar
Son yüklənənlər
Axtarış
Reklam
İqtisadiyyat
Şou-biznes
Yazarlar
Sevinc QƏRİB
KƏRAMƏT
KƏRAMƏT
Emil Rasimoğlu
KƏRAMƏT
Aydın Canıyev
Aydan Ay
Sorğu
Portalımızı dəyərləndirin.
Çox oxunanlar