Xəbər lenti
Zülfüqar Hüseynzadə niyə Kəlbəcərdə dəfn olunmadı? - Açıqlama
“Dünyasını dəyişən doğmalarını öz dədə-baba yurdları olan Qarabağda dəfn etmək istəmələri insanların arzusudur. Bu arzuya etirazım yoxdur. Təbii, hər kəs istəyir ki, doğulduğu ata-baba yurdunda dəfn edilsin. Bu, onsuz da hamımızın gedəcəyi yoldur...
Bu sözləri Pravda.az-a açıqlamasında Milli Məclisin Müdafiə, təhlükəsizlik və korrupsiya komitəsinin üzvü Elman Məmmədov deyib.
Deputat xatırladıb ki, müharibə gedən ərəfədə ermənilər Tərtərdə dəfn zamanı qəbiristanlığı bombalamışdılar, nəticədə bir neçə nəfər həlak olmuşdu: “Dövlətimiz belə məsələlərin, gözlənilməz halların, bədbəxt hadisələrin qarşısını almaq üçün hələ ki bu məhdudiyyət tədbirlərini görür. Allah ötən gün Kəlbəcərdə dünyasını dəyişən jurnalist Zülfüqar Hüseynzadəyə rəhmət eləsin. Çox gözəl insan, yaxşı jurnalist idi. O, ürəyindəki arzusu ilə Başlıbelə getdi, orada da dünyasını dəyişdi. Təbii ki, insanların arzusuna qarşı getmək, onu pisləmək olmaz. Amma gərək diqqətlə düşünsünlər, təhlükəsizlik məsələləri önə çəkilməli, real vəziyyət nəzərə alınmalıdır. Cocuqmərcanlıya köçürmələr oldu. Əlbəttə, köçürmələrdən sonra orada dünyasını dəyişən insanlar elə oradaca dəfn olunurlar. Ağalı kəndinə də köçürmələr olub. Həyatdır, vaxtı gələndə dünyasını dəyişən insanlar olacaq. O insanları Ağalıdan aparıb başqa yerdə dəfn etməyəcəklər ki. Yer ayrılacaq, Ağalıda dəfn olunacaqlar. Laçına və başqa yerlərimizə qayıdışda da bu məsələ nəzərə alınacaq. Amma hələ ki bu məhdudiyyətlərlə razılaşmaq lazımdır”.
Manevr.az
Xəbəri paylaş
Çox oxunanlar
Son yüklənənlər
Axtarış
Reklam
Şou-biznes
Yazarlar
Fərasət Babazadə
İttifaq MİRZƏBƏYLİ
Emil Rasimoğlu
Sevinc QƏRİB
KƏRAMƏT
KƏRAMƏT
Sorğu
Portalımızı dəyərləndirin.
Çox oxunanlar