Xəbər lenti
Dövlət qulluqçularının maaşı AÇIQLANDI

Dövlət Statistika Komitəsindən verilən xəbərə görə, 2023-cü il yanvarın 1-nə ölkədə dövlət qulluqçularının sayı 27,1 min nəfər olmuşdur ki, onların da 29,4 faizini qadınlar təşkil edir. Dövlət qulluqçularının 7,1 faizi dövlət orqanlarında inzibati vəzifələrin ali - 3-cü təsnifatları, 3,5 faizi 4-cü təsnifatı, 11,3 faizi 5-ci təsnifatı, 8,3 faizi 6-cı təsnifatı, 47,1 faizi 7-ci təsnifatı, 22,7 faizi isə dövlət qulluğunun yardımçı vəzifələri üzrə işləyib.
Dövlət qulluqçularının 2,8 faizini 25 yaşadək, 14,4 faizini 25-29 yaşda, 17,3 faizini 30-34 yaşda, 15,7 faizini 35-39 yaşda, 12,0 faizini 40-44 yaşda, 9,1 faizini 45-49 yaşda, 7,7 faizini 50-54 yaşda, 9,3 faizini 55-59 yaşda, 10,0 faizini 60-64 yaşda, 1,7 faizini 65 və yuxarı yaşda olan şəxslər təşkil edir.
2022-ci ildə dövlət qulluqçularının orta aylıq nominal əməkhaqqı əvvəlki ilə nisbətən 40,1 faiz artaraq 1785,1 manat təşkil edib.
Manevr.az
Xəbəri paylaş
Çox oxunanlar
Son yüklənənlər



Axtarış
Reklam

Yazarlar
Emil Rasimoğlu
Emil Rasimoğlu
Emil Rasimoğlu
Cahangir NAMAZOV
-Təranə Dəmir
- Sevil Nuriyeva
Emil Rasimoğlu
Sorğu
Portalımızı dəyərləndirin.
Çox oxunanlar