Xəbər lenti
Aqil Məmmədov: “Pakistan Baş nazirinin Bakıya səfəri münasibətlərimizdə yeni mərhələdir”
Pakistan İslam Respublikasının Baş naziri Məhəmməd Şahbaz Şərifin Azərbaycana səfəri iki qardaş ölkə arasında münasibətlərdə yeni mərhələnin başlanğıcı oldu. Səfər zamanı verilən bəyanatlar, əldə edilən razılaşmalar deməyə əsas verir ki, qarşıdakı dövrdə biz münasibətlərin daha da dərinləşməsinin şahidi olacağıq”.
Manevr.az xəbər verir ki, bu fikirləri Milli Məclisin deputatı Aqil Məmmədov söyləyib.
Millət vəkilinin sözlərinə görə iki ölkə arasında münasibətlərin təməlində tarix, mədəniyyət, din, həmrəylik və qarşılıqlı dəstək prinsipləri dayanır: “Məhz bu prinsiplər əsasında Pakistan Azərbaycanın dövlət müstəqilliyini ilk tanıyan ölkələrdən oldu. Eyni zamanda, Azərbaycan torpaqlarının işğalına görə Pakistan indiyədək Ermənistanla heç bir diplomatik əlaqə qurmayıb. Bu mövqe ilə bağlı Pakistan Baş Nazirinin sözləri çox qiymətli idi. O bildirdi ki, “Pakistan hər zaman Azərbaycanın ərazi bütövlüyünü dəstəkləmişdir. Biz Qarabağ üzərində Azərbaycanın hüququnu hər zaman birmənalı dəstəkləmişik. Sizin Ordunuz çox cəsarətlə döyüşərək Qarabağı azad etmişdir, ölkənizin ərazi bütövlüyünü bərpa etmişdir. Pakistan Azərbaycanı hər zaman dəstəkləmişdir. Bu, bizim qardaş olaraq vəzifəmiz, borcumuz idi və biz bunu həyata keçirdik. Pakistan Ermənistanla diplomatik münasibətlər qurmayan bir neçə ölkədən biridir və bu, bizim mənəvi öhdəliyimizdir. Siz yalnız Ermənistanla sülh sazişini imzalayandan sonra bizə bir mesaj versəniz, bu məsələyə yenidən baxa bilərik. Bu məsələdə də biz birmənalı olaraq Azərbaycanı dəstəkləyirik”. Bu mövqe Azərbaycan dövləti və xalqı tərəfindən yüksək qiymətləndirilir”.
A.Məmmədov bildirib ki, eyni qaydada Azərbaycan Kəşmir məsələsində hər zaman Pakistanın mövqeyini müdafiə edib: “Bu dəstək beynəlxalq arenada Pakistan üçün gərəklidir. Cənab Prezident də bildirdi ki, “Azərbaycan Pakistanı Kəşmir məsələsində hər zaman dəstəkləyib, bu dəstək davam edəcəkdir. Biz bütün beynəlxalq təşkilatlarda bu dəstəyi və həmrəyliyi nümayiş etdiririk. Əlbəttə ki, qarşılıqlı dəstək bizim ölkələri və xalqları daha da yaxınlaşdırır”. Dövlət başçılarının verdikləri açıqlamardan bəlli olur ki, qarşıdakı dövrdə əməkdaşlıq daha da genişləndiriləcək. Pakistanın Azərbaycandan bir sıra sahələrdə, xüsusi, enerji sahəsində gözləntiləri var. Ticarət dövriyyəsinin həcminin artırılması, istər ənənəvi enerji, istərsə də bərpaolunan enerji sahəsində, şəhərlər arasında uçuşların sayını artırılması ilə bağlı razılaşmalar əldə olunub. Eyni zamanda, müdafiə sənayesi sahəsində əməkdaşlıq, birgə hərbi təlimlərin sayının artırılması müzakirə olunub. Bu razılaşmaların icraya yönəlməsi iki qardaş ölkə arasında strateji müttəfiqliyi daha üstün mövqeyə çıxaracaq”.

Xəbəri paylaş
Çox oxunanlar
Son yüklənənlər
Axtarış
Reklam
İqtisadiyyat
Şou-biznes
Yazarlar
Sevinc QƏRİB
KƏRAMƏT
KƏRAMƏT
Emil Rasimoğlu
KƏRAMƏT
Aydın Canıyev
Aydan Ay
Sorğu
Portalımızı dəyərləndirin.
Çox oxunanlar