Xəbər lenti
Narkotik aludəçiləri olduqları iddia edilən gənclərin atasına cavab — RƏSMİ

Bu barədə DİN-in mətbuat xidmətindən məlumat verilib.
Bildirilib ki, vətəndaş Vidadi Səmədovun övladları, əvvəllər CM-in 234-cü maddəsilə məhkum olunan Vüsal və Şahin Səmədovla bağlı səsləndirdiyi iddialarının hüquqi əsası yoxdur, yalandır, müdafiə məqsədi daşıyır:
"Belə ki, mayın 15-də gecə saatlarında qardaşlar özlərinə məxsus “Daewo gentra” markalı maşınla sifariş verdikləri narkotik vasitəni götürmək məqsədilə Səbail rayonu Badamdar qəsəbəsinə gəliblər.
Qeyd olunan ərazidə xidmət aparan polis əməkdaşları həmin şəxslərə yaxınlaşarkən onlar nəqliyyat vasitəsini polis əməkdaşlarının üzərinə sürüb hadisə yerindən uzaqlaşmağa cəhd göstəriblər. Bu zaman polis əməkdaşı qanunamüvafiq olaraq xidməti tabel silahından istifadə etməklə avtomobilə atəş açıb. Nəticədə avtomobildə olan V.Səmədovun ayaq nahiyyəsindən xəsarət alıb. Araşdırmalarla hadisə yerindən 1 büküm narkotik vasitə olan heroin aşkarlanıb. V.Səmədovun müalicəsi davam etdirilir".
Fakt üzrə araşdırmalar davam etdirilir.
Manevr.az


Xəbəri paylaş
Çox oxunanlar
Son yüklənənlər



Axtarış
Reklam

Yazarlar
Emil Rasimoğlu
Emil Rasimoğlu
Emil Rasimoğlu
Cahangir NAMAZOV
-Təranə Dəmir
- Sevil Nuriyeva
Emil Rasimoğlu
Sorğu
Portalımızı dəyərləndirin.
Çox oxunanlar