Sevimli uşaq əyləncəsi hesab edilən “cizgi filmləri” reallıqda uşaqlara normal cəmiyyətdə qəbuledilməz ünsiyyət yollarını nümayiş etdirir.
Tədqiqatçıların fikrincə, hər üç cizgi filmindən ikisində (halların 60 faizindən çoxu) baş qəhrəmanlar ölür. Bu arada, böyüklər üçün çəkilən filmlərdə baş qəhrəmanların belə taleyi halların yalnız yarısında müşahidə olunur.
Ölüm və faciəvi hallar, tədqiqatçıların müşahidə etdiyi kimi, ümumiyyətlə, cizgi filmlərində ən çox yayılmış süjetlərdən biridir. Mütəxəssislər müəyyən ediblər ki, uşaq cizgi filmlərinin baş qəhrəmanlarının valideynləri böyüklər üçün çəkilən filmlərə nisbətən beş dəfə çox ölür.
Beləliklə, məsələn, "Nemonu tapmaq" cizgi filmində baş qəhrəmanın anası artıq beşinci dəqiqədə dəniz yırtıcısı tərəfindən öldürülür. Tarzanda Tarzanın valideynləri də beşinci dəqiqədə ölür.
Tədqiqatçılar ən populyar 45 cizgi filminə baxdıqdan sonra belə qənaətə gəliblər: “Uşaqlar üçün cizgi filmləri guya ən məsum əyləncə növüdür, lakin onlar sözün əsl mənasında ölüm və qətllə doludur”. Valideynlər cizgi filmi seçimində ehtiyatlı olsun. (medicina.az)