Sizin Reklam Burada
Xəbər lenti
30-05-2026
29-05-2026
BÜTÜN XƏBƏRLƏR

Talıbovun adamı Bakıya gətirildi - “Dindirilir”

Tarix: 17-06-2023 19:24     Baxış: 3254 A- / A+
“İki gün öncə Naxçıvan Ali Məclisinin sədr əvəzi Azər Zeynalovu 2-ci reyslə Bakıya gətiriblər. Dünən isə onu müvafiq idarədə sorğuya çəkiblər”.
Manevr.az xəbər verir ki, bu sözləri globalinfo.az-a açıqlamasında Ovqat.com saytının baş redaktoru Heydər Oğuz deyib.
O bildirib ki, Azər Zeynalov hələ də Naxçıvana qayıtmayıb:
“Görünür, onunla söhbət uzun sürəcək. Belə bir ehtimal var ki, ondan alınan məlumatlar Vasif Talıbova qədər uzana biləcək. Yəni Talıbovun həbsinə hazırlıq kimi qiymətləndirirəm bunu. Amma təbii ki, bu bir ehtimaldır. Azər Zeynalov Vasif Talıbovun müavini idi və adamın bütün sirlərini bilir. Böyük ehtimalla gözləntilər özünü doğruldacaq”.
Xatırladaq ki, Vasif Talıbov vəzifədən getdikdən sonra Azər Zeynalovun da işdən çıxarılacağı deyilirdi. Bu baş vermədi. O, hələ də yüksək postunu qoruyub saxlayıb. Üstündən xeyli müddət keçdikdən sonra A.Zeynalovla bağlı belə xəbərin yayılması olduqca maraqlıdır.
Qarşı tərəfi dinləməyə, mövqeyini dərc etməyə hazırıq.

Xəbəri paylaş







Adınız:*
E-Mail:
Şərhiniz:
  • winksmile
    laughing
    angry
Kodu yazın: *
yenilə, əgər kod görünmürsə



Çox oxunanlar




Son yüklənənlər


Axtarış

Reklam

İqtisadiyyat
Media
Ədəbiyyat
İdman
Kriminal
Şou-biznes
Elan
Yazarlar
Təqvim

«    May 2026    »
BeÇaÇCaCŞB
 123
45678910
11121314151617
18192021222324
25262728293031
Sorğu


Portalımızı dəyərləndirin.



Çox oxunanlar