Sizin Reklam Burada
Xəbər lenti
12-09-2025
BÜTÜN XƏBƏRLƏR

Özlərini vəzifəli şəxs kimi təqdim edənlərə cinayət işi açıldı

Tarix: 16-06-2023 15:55     Baxış: 3190 A- / A+
Özlərini vəzifəli şə təqdim edərək qanunsuz əməllər törətməkdə təqsirləndirilən şəxslər barəsində cinayət işi məhkəməyə göndərilib.
Manevr.az xəbər verir ki, bu barədə Baş Prokurorluq məlumat yayıb.
Məlumata görə, vəzifəli şəxsin səlahiyyətini mənimsəmə yolu ilə vətəndaşlara məxsus pul vəsaitlərini ələ keçirmiş şəxslər barəsində Baş prokuror yanında Korrupsiyaya qarşı Mübarizə Baş İdarəsində aparılmış cinayət işinin istintaqı tamamlanıb.
İstintaqla İlkin Babayev, Eldar Muradov, Mobil Həsənzadə, Allahqulu Məmmədov, Asəf Ağazadə və digərlərinin qabaqcadan əlbir olub özlərini müxtəlif dövlət orqanlarının əməkdaşları kimi təqdim edərək işlə təmin olunma, hüquq-mühafizə orqanlarında aparılan araşdırmaların dayandırılması, elmi dərəcələrin verilməsi və digər məsələlərin həllində köməklik göstərəcəklərinə dair yalan vədlər verərək ayrı-ayrı şəxslərin ümumilikdə 712 min manatdan artıq pul vəsaitini ələ keçirmələrinə əsaslı şübhələr müəyyən edilib.
Toplanmış sübutlar əsasında həmin şəxslərə Cinayət Məcəlləsinin 178.3.2 (külli miqdarda ziyan vurmaqla dələduzluq), 310-cu (vəzifəli şəxsin səlahiyyətlərini mənimsəmə) və digər maddələri ilə ittiham elan edilməklə cinayət işi baxılması üçün aidiyyəti üzrə Bakı Ağır Cinayətlər Məhkəməsinə göndərilib.
İbtidai istintaq zamanı vurulmuş ziyandan 160 min manatın ödənilməsi təmin edilib.
Hazırda cinayətin törədilməsində iştirak etmiş digər şəxslərin məsuliyyətə cəlb edilməsi üçün ayrıca icraata ayrılmış cinayət işi üzrə istintaq davam etdirilir.


Xəbəri paylaş







Adınız:*
E-Mail:
Şərhiniz:
  • winksmile
    laughing
    angry
Kodu yazın: *
yenilə, əgər kod görünmürsə



Çox oxunanlar




Son yüklənənlər


Axtarış

Reklam

İqtisadiyyat
Media
Ədəbiyyat
İdman
Kriminal
Şou-biznes
Elan
Yazarlar
Təqvim

«    Sentyabr 2025    »
BeÇaÇCaCŞB
1234567
891011121314
15161718192021
22232425262728
2930 
Sorğu


Portalımızı dəyərləndirin.



Çox oxunanlar