Sizin Reklam Burada
Xəbər lenti
04-08-2026
03-08-2026
BÜTÜN XƏBƏRLƏR

"Uber" və "Bolt" avtomobilləri yığışdırılır? - RƏSMİ AÇIQLAMA

Tarix: 14-06-2023 13:11     Baxış: 3283 A- / A+
Son günlər ölkədə taksilərin fəaliyyəti ilə bağlı mövzular gündəmdədir. Müzakirə edilən məsələlərdən biri də, "Uber" və "Bolt" şirkətlərinin ölkəmizdəki fəaliyyətinin davam edib-etməyəcəyidir. Həmçinin, ötən gün şəhərin müxtəlif yerlərində bu şirkətlərə aid avtomobillərin yol polisi tərəfindən saxlanmasının şahidi olduq ki, bu da həmin iddiaları artırır.
Manevr.az-ın məlumatına görə, sözügedən taksi şirkətlərinə qarşı hər hansı bir əməliyyatın başlayıb-başlamaması ilə bağlı metbuat.az-a danışan Dövlət Yol Polis İdarəsinin baş inspektoru Araz Əsgərli bildirib ki, yol polisi qaydaları pozan istənilən sürücü barəsində tədbir görmək səlahiyyətindədir, bunun nə "Uber"ə, nə də "Bolt"a aidiyyatı yoxdur:

"Bizim üçün yollarda olan bütün hərəkət iştirakçılarının, yəni ümumi nəqliyyatın fasiləsiz və təhlükəsiz hərəkətini təmin etmək əsas vəzifədir. Qanunlar və qaydalara əməl etmək isə hər bir vətəndaşın öz məsuliyyətidir. Heç kimə ayrı seçkilik oluna bilməz. Polis dövlətini, onun vətəndaşını və Azərbaycan Respublikası ərazisində olan bütün şəxslərin qanunla nəzərdə tutulan hüquq və azadlıqlarını qoruyur".

Xəbəri paylaş







Adınız:*
E-Mail:
Şərhiniz:
  • winksmile
    laughing
    angry
Kodu yazın: *
yenilə, əgər kod görünmürsə



Çox oxunanlar




Son yüklənənlər


Axtarış

Reklam

İqtisadiyyat
Media
Ədəbiyyat
İdman
Kriminal
Şou-biznes
Elan
Yazarlar
Təqvim

«    Avqust 2026    »
BeÇaÇCaCŞB
 12
3456789
10111213141516
17181920212223
24252627282930
31 
Sorğu


Portalımızı dəyərləndirin.



Çox oxunanlar