Sizin Reklam Burada
Xəbər lenti
13-11-2026
12-11-2026
BÜTÜN XƏBƏRLƏR

Bu qərar taksilərə aid edilməyəcək – Rəsmi

Tarix: 13-06-2023 15:50     Baxış: 3212 A- / A+



Taxoqraf cihazı şəhərdaxili taksilərə aid deyil.
Manevr.az xəbər verir ki, bunu Trend-ə açıqlamasında Azərbaycan Yerüstü Nəqliyyat Agentliyinin (AYNA) İdarə Heyətinin sədri Anar Rzayev bildirib.
O qeyd edib ki, taxoqraf, beynəlxalq sərnişin və yükdaşımalara aiddir:
"Taksilərə ancaq taksometr aiddir. Əgər proqram təminatı varsa, taksometrə ehtiyac yoxdur”.
Xatırladaq ki, ötən gün Milli Məclisin İqtisadi siyasət, sənaye və sahibkarlıq komitəsinin iclasında ölkədaxili və beynəlxalq sərnişin və yük daşımaları ilə bağlı bir sıra qanunlara dəyişikliklər müzakirəyə çıxarılıb.
"Avtomobil nəqliyyatı haqqında" qanuna dəyişikliyə əsasən, qanuna analoq taxoqraf anlayışı daxil edilir. Analoq taxoqraf avtonəqliyyat vasitəsinin hərəkətinə, о cümlədən qət edilmiş məsafəyə, hərəkətin sürətinə, habelə sürücülərin iş və istirahət dövrlərinə dair bütün məlumatları fasiləsiz olaraq qeydə almaq məqsədilə həmin avtonəqliyyat vasitəsində quraşdırılan elektromexaniki nəzarət cihazıdır.
Bir sıra sosial şəbəkələrdə taxoqraf cihazının taksilərə də quraşdırılacağı ilə bağlı məlumatlar yayılıb.

Manevr.az

Xəbəri paylaş







Adınız:*
E-Mail:
Şərhiniz:
  • winksmile
    laughing
    angry
Kodu yazın: *
yenilə, əgər kod görünmürsə



Çox oxunanlar




Son yüklənənlər


Axtarış

Reklam

İqtisadiyyat
Media
Ədəbiyyat
İdman
Kriminal
Şou-biznes
Elan
Yazarlar
Təqvim

«    Noyabr 2026    »
BeÇaÇCaCŞB
 1
2345678
9101112131415
16171819202122
23242526272829
30 
Sorğu


Portalımızı dəyərləndirin.



Çox oxunanlar