Sizin Reklam Burada
Xəbər lenti
11-11-2025
10-11-2025
09-11-2025
BÜTÜN XƏBƏRLƏR

Fransız fotoqraf Qarabağda erməni vəhşiliyini çəkdi - Şəkillər

Tarix: 13-06-2023 07:19     Baxış: 3200 A- / A+
 “EU Reporter” saytında fransız fotoqraf Qreqori Erpin Qarabağda çəkdiyi fotoşəkillərdən ibarət sərgi ilə bağlı məqalə dərc olunub.

Məqalədə 30 illik erməni işğalı nəticəsində ərazidə böyük dağıntıların meydana gəldiyi və hazırda bərpa işlərinin aparıldığı bildirilir. Qeyd olunur ki, fransız fotoqraf Qreqori Erp Qarabağa səfər edib və Brüsseldə Avropa Parlamentində onun əsərlərindən ibarət sərgi keçirilib.

Materialda vurğulanır ki, Qreqori Erpin Qarabağda çəkilmiş fotolarında dramatiklik, qaranlıq və hətta gözəllik var.

Azərbaycanın Avropa İttifaqındakı səfiri Vaqif Sadıqov məlumat verib ki, fransalı fotoqraf minalanmış ərazilərə gedib. Səfir əlavə edib ki, şəkillərdə göstərilənlər Azərbaycanın tarixində heç də ən yaxşı dövr olmayıb, lakin “biz tariximizdən səhifələri qopara bilmərik”.

O xatırladıb ki, bir vaxtlar azərbaycanlılar Ermənistan əhalisinin 20%-ni təşkil ediblər, lakin etnik təmizləməyə məruz qalıblar. Hazırda onun dediyi kimi, Bakı ilə İrəvan arasında münasibətlərin normallaşdırılmasına yönəlmiş “mürəkkəb və vacib danışıqlar prosesi” gedir.

Sərginin açılışında Latviyadan olan avropalı deputat Andris Ameriks iştirak edib. O, ötən il Qarabağa səfər etdiyini və dağıdılmış binaları və minalanmış sahələri, eləcə də işğaldan azad edildikdən sonra “evlərini yenidən quran insanları” öz gözləri ilə gördüyünü deyib.

Qeyd edək ki, fotolar bərpa işləri başa çatdıqdan sonra müharibənin nəticələrini gələcək nəsillərə xatırlatmaq üçün bir xatirə olaraq qalacaq. caliber.az

Manevr.az 




Xəbəri paylaş







Adınız:*
E-Mail:
Şərhiniz:
  • winksmile
    laughing
    angry
Kodu yazın: *
yenilə, əgər kod görünmürsə



Çox oxunanlar




Son yüklənənlər


Axtarış

Reklam

İqtisadiyyat
Media
Ədəbiyyat
İdman
Kriminal
Şou-biznes
Elan
Yazarlar
Təqvim

«    Noyabr 2025    »
BeÇaÇCaCŞB
 12
3456789
10111213141516
17181920212223
24252627282930
Sorğu


Portalımızı dəyərləndirin.



Çox oxunanlar