Sizin Reklam Burada
Xəbər lenti
12-09-2025
BÜTÜN XƏBƏRLƏR

Vəliyevlərin milyonluq mülkünə həbs qoyuldu

Tarix: 10-06-2023 20:28     Baxış: 4188 A- / A+

Gəncənin keçmiş icra başçısı Elmar Vəliyevin oğluna məxsus şirkət məhkəməlik olub.
Manevr.az qafqazinfo-ya istinadən xəbər verir ki, Nərimanov Rayon Məhkəməsində 2009-cu ildə “Delfin” MMC-nin mülkiyyətinə verilmiş və Yevlax şəhərində yerləşən 2 ha torpaq sahəsi ilə bağlı müvəqqəti təminat tədbiri barədə ərizəyə baxılıb.Zərifə Səfərova ərizə təqdim edərək əri ilə birgə nikah dövründə əldə edilmiş mülkiyyət üzərində hüquqlarının bərpa edilməsini tələb edib.
O bildirib ki, əri 2009-cu ildə ondan xəbərsiz və rəsmi icazəsi olmadan milyonlarla manat dəyəri olan mülkiyyəti qanunsuz olaraq Elmir Vəliyevin təsisçisi olduğu “Delfin” MMC-nin adına keçirib:
“Ərim Mətləb Səfərovla birgə nikah dövründə əldə edilmiş əmlak həmin vaxt Yevlaxın icra başçısı olan Elmar Vəliyevin təzyiqi ilə ondan alq-satqı müqaviləsi əsasında qanunsuz şəkildə “Delfin” MMC-nin adına keçirilib. Həmin alqı-satqıdan bu ilədək məlumatım və əmlakın satılması ilə bağlı hər hansı razılığım olmayıb. Sonradan alqı-satqı müqaviləsi ilə tanış olduqda 2 ha torpaq sahəsinin 2500 manata satılmasını öyrəndim.
Əslində, Yevlax şəhəri ərazisində 2 hektar torpaq sahəsinin real bazar və satış dəyərinin 2500 manat olması ağlabatan deyil. Həmin torpaq sahəsinin özgəninkiləşdirilməsi və ya girova qoyulması ehtimalı olduğundan, gələcəkdə iddianın təmini baxımından çətinliklər yarana biləcəyindən mülkiyyət üzərinə həbsin qoyulması zəruridir”.
Hakim Aytən Novruzovanın sədrliyi ilə keçirilən iclasda Z.Səfərovanın müvəqqəti təminat tədbiri barədə ərizəsi təmin edilib. “Delfin” MMC-yə torpaq sahəsinin özgəninkiləşdirilməsi qadağan edilib.
Z.Səfərovanın qeyd edilən torpaq sahəsi üzrə mülkiyyət hüququnun bərpa edilməsi ilə bağlı mülki iddiasına isə iyunun 20-də baxılacaq.
“Delfin” MMC-nin rəhbəri Elmir Vəliyev Yevlax RİH-in sabiq başçısı, sonradan Gəncə ŞİH-in başçısı olmuş Elmar Vəliyevin oğludur.



Xəbəri paylaş







Adınız:*
E-Mail:
Şərhiniz:
  • winksmile
    laughing
    angry
Kodu yazın: *
yenilə, əgər kod görünmürsə



Çox oxunanlar




Son yüklənənlər


Axtarış

Reklam

İqtisadiyyat
Media
Ədəbiyyat
İdman
Kriminal
Şou-biznes
Elan
Yazarlar
Təqvim

«    Sentyabr 2025    »
BeÇaÇCaCŞB
1234567
891011121314
15161718192021
22232425262728
2930 
Sorğu


Portalımızı dəyərləndirin.



Çox oxunanlar