Sizin Reklam Burada
Xəbər lenti
12-09-2025
BÜTÜN XƏBƏRLƏR

Ziyafət Abbasova: xəstəxanadan xəstəxanaya

Tarix: 08-06-2023 12:10     Baxış: 4301 A- / A+


Azərbaycan Demokratiya və Rifah (ADR) Partiyasının üzvü Ziyafət Abbasova iyunun 6-da Bakının Maştağa qəsəbəsindəki 1 saylı Psixiatriya Xəstəxanasına salınıb.
Bu barədə məlumat yayan partiya sədri Qubad İbadoğlu yazır ki, Ziyafət Abbasova haqqı danışdığına, uzun müddətdir işlə təmin edilməməsinə etiraz etdiyinə görə oğurlanaraq məcburi qaydada xəstəxanaya yerləşdirilib, cəmiyyətdən təcrid olunub: “İyunun 7-də ADR Partiyasının funksionerləri Hüseyn Məlik və Dilarə Miriyeva 1 saylı Psixiatriya Xəstəxanasına getsələr də, onlar Ziyafət xanımla görüşə buraxılmayıb. Telefonu da əlindən alındığından Ziyafət xanımdan tam xəbərsizik, vəziyyətindən dərin narahatlıq keçiririk. Ziyafət Abbasovanın hüquqlarının müdafiəsi üçün vəkil Zibeydə Sadıqova ilə müqavilə bağlanıb. Onun tez bir zamanda xəstəxanadan çıxarılmasına çalışır və bu yöndə cəmiyyətdən dəstək gözləyirik”.
Manevr.az xəbər verir ki, iyunun 8-də Novator.az-a danışan ADR sədrinin müavini Ədalət Yusub deyib ki, ötən gecə Ziyafət Abbasovanın səhhəti ağırlaşıb və o, Sabunçu rayonundakı 3 saylı Şəhər Klinik Xəstəxanasına yerləşdirilib: “Ziyafət xanım irsi qan xəstəliyindən əziyyət çəkir, mütəmadi müalicə alır”.
2015-ci ildən fəaliyyət göstərmiş Azərbaycan Demokratiya və Rifah Hərəkatının varisi olan ADR Partiyasının təsis qurultayı 2021-ci il oktyabrın 17-də keçirilib, ancaq qurum dövlət qeydiyyatına alınmayıb. 2023-cü il yanvarın 11-də “Siyasi partiyalar haqqında” yeni qanun qüvvəyə minib. Qanun dövlət qeydiyyatına alınmayan partiyanın fəaliyyətini yasaqlayır. Yanvarın 12-də ADR sədri Qubad İbadoğlu partiyanın mərkəzi icra strukturlarının buraxılması və təyinatlı rəhbər şəxslərin fəaliyyətlərinə xitam sərəncamı imzalayıb, partiyanın seçkili orqanlarının fəaliyyətinə dair yekun qərarı Ali Məclisin verəcəyini bəyan edib.
Fevralın 20-də ADR Partiyasının yenidən təsis olunacağı xəbəri yayılıb.

Xəbəri paylaş







Adınız:*
E-Mail:
Şərhiniz:
  • winksmile
    laughing
    angry
Kodu yazın: *
yenilə, əgər kod görünmürsə



Çox oxunanlar




Son yüklənənlər


Axtarış

Reklam

İqtisadiyyat
Media
Ədəbiyyat
İdman
Kriminal
Şou-biznes
Elan
Yazarlar
Təqvim

«    Sentyabr 2025    »
BeÇaÇCaCŞB
1234567
891011121314
15161718192021
22232425262728
2930 
Sorğu


Portalımızı dəyərləndirin.



Çox oxunanlar