Xəbər lenti
Bu ölkələrdən heyvan və quş əti idxalına qadağa

Bir neçə ölkədən heyvan və quş məhsullarının idxalına müvəqqəti məhdudiyyət qoyulub.
Manevr.az bildirir ki, bu barədə Qida Təhlükəsizliyi Agentliyindən məlumat verilib.
Bildirilib ki, Ümumdünya Heyvan Sağlamlığı Təşkilatının (WOAH) rəsmi məlumatlarına əsasən, ABŞ-ın Tennessi ştatının Deyvidson dairəsində süngərvari ensefalopatiya, Tunisin Qafsa inzibati ərazi vahidində dabaq, Rusiyanın Yaroslav vilayətində və Meksikanın Aquaskalyentes ştatında isə yüksək patogen quş qripi xəstəliyi qeydə alınıb.
Eyni zamanda nəzarət tədbirlərinin gücləndirilməsi məqsədilə qeyd olunan ərazilərdən gələn, yaxud tranzitlə keçib respublikamıza daxil olan nəqliyyat vasitələri ilə bağlı müvafiq tədbirlərin görülməsi üçün Dövlət Gömrük Komitəsinə müraciət olunub.
Manevr.az
Xəbəri paylaş
Çox oxunanlar
Son yüklənənlər



Axtarış
Reklam

Yazarlar
Emil Rasimoğlu
Emil Rasimoğlu
Emil Rasimoğlu
Cahangir NAMAZOV
-Təranə Dəmir
- Sevil Nuriyeva
Emil Rasimoğlu
Sorğu
Portalımızı dəyərləndirin.
Çox oxunanlar