Xəbər lenti
Hansı partiyalar dəstədən çıxıb?
1992-ci ildə qəbul edilmiş “Siyasi partiyalar haqqında” qanun qurumun dövlət qeydiyyatı üçün 1000 üzv tələbi qoyurdu. 2023-cü il yanvarın 11-də qüvvəyə minən yeni qanuna görə, qeydiyyat üçün partiyanın azı 5000 üzvü olmalıdır. Dövlət qeydiyyatında olan 59 partiyaya üzvlərinin sayını 5000 min nəfərə çatdırmaq, onların reyestrini hazırlayıb təqdim etmək üçün 180 gün vaxt verilib. Həmin müddət iyulun 10-da bitir. Yeni tələblə ayaqlaşmağa çətinlik çəkən partiyalar siyasi səhnədən çəkilmək zorunda qalır.
Manevr.az bildirir ki, dövlət qeydiyyatında bu partiyalar da var: Ağ Partiya, Ana Vətən Partiyası, Azad Demokratlar Partiyası, Azad Vətən Partiyası, Azadlıq Partiyası, Azərbaycan Demokrat Partiyası, Azərbaycan Demokratik Maarifçilik Partiyası, Azərbaycan Xalq Partiyası, Azərbaycan Xalq Cəbhəsi Partiyası, Azərbaycan Liberal Partiyası, Azərbaycan Milli Dövlətçilik Partiyası, Azərbaycan Milli İstiqlal Partiyası, Azərbaycan Mübarizləri Partiyası, Azərbaycan Ümid Partiyası, Azərbaycan Yüksəliş Partiyası, Böyük Azərbaycan Partiyası, Böyük Quruluş Partiyası, Bütöv Azərbaycan Xalq Cəbhəsi Partiyası, Cümhuriyyət Xalq Partiyası, Demokratik İslahatlar Partiyası, Ədalət Partiyası, Gələcək Azərbaycan Partiyası, Haqq-Ədalət Partiyası, Klassik Xalq Cəbhəsi Partiyası, Milli Cəbhə Partiyası, Milli Dirçəliş Hərəkatı Partiyası, Milli Həmrəylik Partiyası, Müasir Müsavat Partiyası, Müsavat Partiyası, Sosial Ədalət Partiyası, Respublikaçı Alternativ Partiyası, Vəhdət Partiyası, Vətəndaş Həmrəyliyi Partiyası, Vətəndaş və İnkişaf Partiyası, Yeni Azərbaycan Partiyası, Yeni Zaman Partiyası.
Partiyaların dövlət qeydiyyatına Ədliyyə Nazirliyi məsuldur.
Xəbəri paylaş
Çox oxunanlar
Son yüklənənlər
Axtarış
Reklam
İqtisadiyyat
Şou-biznes
Yazarlar
Sevinc QƏRİB
KƏRAMƏT
KƏRAMƏT
Emil Rasimoğlu
KƏRAMƏT
Aydın Canıyev
Aydan Ay
Sorğu
Portalımızı dəyərləndirin.
Çox oxunanlar