Bir az əvvəl "Andranik" metrostansiyasında bir nəfər Aşot Paşinyana (Ermənistan Baş naziri Nikol Paşinyanın oğlu - red.) şillə vurub. Növbəti stansiyada polis vətəndaşı naməlum istiqamətə aparıb.
Manevr.az axar.az-a istinadən bildirir ki, bu barədə Qagik Asatryan Feysbuk səhifəsində yazıb.
"Şahidlərin bildirdiyinə görə, vətəndaş Aşota "Atana salam verərsən" deyib, daha sonra ona şillə vurub. Aşotik iki qızla birlikdə olub", - o yazıb.Hüquq müdafiəçisi Ruben Melikyan isə yazıb ki, məlumat təsdiqlənsə, vətəndaşı tək buraxmaq olmaz:
"Ola bilər ki, onu Erebuni şöbəsinə aparılıblar".
Qeyd edək ki, bir müddət əvvəl müharibədə ölən əsgər anası Aşot Paşinyanı oğurlamağa cəhddə şübhəli bilinərək saxlanılmışdı. Hazırda istintaq gedir.
Xəbər lenti
Axtarış
Reklam
Şou-biznes
Yazarlar
Fərasət Babazadə
İttifaq MİRZƏBƏYLİ
Emil Rasimoğlu
Sevinc QƏRİB
KƏRAMƏT
KƏRAMƏT
Sorğu
Portalımızı dəyərləndirin.
Çox oxunanlar