Sizin Reklam Burada
Xəbər lenti
13-11-2026
12-11-2026
BÜTÜN XƏBƏRLƏR

Millət vəkili seçiciləri ilə görüşüb - ŞƏKİLLƏR

Tarix: 06-06-2023 20:57     Baxış: 3289 A- / A+
Milli Məclisin deputatı Aqil Məmmədov Bərdə rayonu ərazisində müvəqqəti məskunlaşmış Kəlbəcər rayon Çovdar və Şahkərəm kənd ağsaqqalları, ziyalılar və bir qrup sakinləri ilə görüşüb.

Görüşdə Millət vəkili Aqil Məmmədov Müzəffər Ali Baş Komandan cənab İlham Əliyevin rəhbərliyi ilə həyata keçirilən Böyük Qayıdış proqramında bəhs edib. Bildirib ki, hal - hazırda Qarabağda, o cümlədən Kəlbəcər rayonunda sürətli yenidənqurma, bərpa işləri həyata keçirilir. May ayının 27-də möhtərəm prezidentimizin Kəlbəcər rayonuna növbəti səfəri zamanı bir sıra obyektlərin açılışının etməsi, kəndlərin, infrastruktur layihələrinin təməlinin qoyulması biz kəlbəcərlilərin yaxın müddətdə öz doğma yurdumuza dönəcəyimizdən xəbər verir. Kənd sakinləri görüş çərçivəsində bəzi həlli vacib problemlərə, eyni zamanda Kəlbəcərə səfərlə bağlı məsələlərə toxunublar. Görüş iştirakşıları qədim tarixə malik olan Çovdar və Şahkərəm kəndlərinin ərazisində yerləşən, işğal dövründə düşmən tərəfindən dağıdılan ziyarətgahların, tarixi-dini abidələrin, qədim-tarixi tikililərin bərpasının vacib olduğunu bildiriblər və millət vəkilindən onların bu istəyinin müvafiq qurumlara çatdırılmasını xahiş ediblər. Sakinlər kəndlərinin tikinti-quruculuq işlərində könüllü şəkildə iştirak etmək arzusunda olduqlarını da dilə gətriblər. Deputat Aqil Məmmədov müraciətlərin həlli istiqamətində müvafiq dövlət qurumları qarşısında məsələ qaldırılacağını bildirilib.

Manevr.az 
































Xəbəri paylaş







Adınız:*
E-Mail:
Şərhiniz:
  • winksmile
    laughing
    angry
Kodu yazın: *
yenilə, əgər kod görünmürsə



Çox oxunanlar




Son yüklənənlər


Axtarış

Reklam

İqtisadiyyat
Media
Ədəbiyyat
İdman
Kriminal
Şou-biznes
Elan
Yazarlar
Təqvim

«    Noyabr 2026    »
BeÇaÇCaCŞB
 1
2345678
9101112131415
16171819202122
23242526272829
30 
Sorğu


Portalımızı dəyərləndirin.



Çox oxunanlar