Sizin Reklam Burada
Xəbər lenti
25-11-2024
24-11-2024
BÜTÜN XƏBƏRLƏR

"Bıçaqla bir neçə dəfə vurdu, gördüm məni qan aparır"

Tarix: 03-06-2023 23:11     Baxış: 3158 A- / A+

Xalq artisti Niyaməddin Musayev "Zaurla günaydın" verilişində qonaq olub.

İfaçı illər əvvəl Gəncədə başına gələn hadisədən danışıb. O, ruhi xəstə tərəfindən bıçaqlandığını bildirib:

"Hadisə 1986-cı ildə Gənəcədə olmuşdu. Solo konsertlərimin birində güllərin içində bıçağı gizlətmişdi. Ruhi xəstə idi. Səhnəyə gətirəndə bir neçə dəfə mənə vurdu. Mən də mikrafonla onu vurdum. Sarayın qapısını sındırıb qaçıb getdi. Gördüm məni qan aparır, vəziyyətim yaxşı deyil. Aləm qarışmışdı bir-birinə. Çıxdım bayıra, gördüm bir maşın var, sürücüyə dedim ki, məni xəstəxanaya apar. Xəstəxanaya çatana qədər ayaqlarımın altında qandan gölməçə əmələ gəlmişdi. Ora çatanda artıq huşumu itirmişdim. Əməliyyat olundum. Qaraciyər tərəfdən məni yaralamışdı. 14 gündən sonra məni təyyarə ilə Bakıya gətirdilər. Aylarla xəstəxanda qaldım. 10 dəfə qabırğamı kəsiblər.

Orada mənə bir kitab gətirmişdilər ki, oxu, istədiyin şeiri ifa edərsən. Məmməd Arazın kitabı idi. Vərəqləyəndə gördüm ki, yazılıb "Dünya sənin, dünya mənim". Şeiri oxudum, inanınkı başım fırlandı. Çox pis oldum, kövrəldim. Dedim, Allah mən dünyamı dəyişsəm balalarımı kim saxlayacaq? Elə stolun üstündə mahnını yazdım. Daha sonra Moskvada da əməliyyat keçirtdim". axşam.az

Manevr.az 

Xəbəri paylaş







Adınız:*
E-Mail:
Şərhiniz:
  • winksmile
    laughing
    angry
Kodu yazın: *
yenilə, əgər kod görünmürsə



Çox oxunanlar




Son yüklənənlər


Axtarış

Reklam

İqtisadiyyat
Media
Ədəbiyyat
İdman
Kriminal
Şou-biznes
Elan
Yazarlar
Təqvim

«    Noyabr 2024    »
BeÇaÇCaCŞB
 123
45678910
11121314151617
18192021222324
252627282930 
Sorğu


Portalımızı dəyərləndirin.



Çox oxunanlar