Sizin Reklam Burada
Xəbər lenti
11-11-2025
10-11-2025
09-11-2025
BÜTÜN XƏBƏRLƏR

İsmayıllıda avtomobildə 2 tona yaxın at əti aşkarlandı - ŞƏKİL

Tarix: 30-05-2023 19:33     Baxış: 3248 A- / A+

İsmayıllı Rayon Polis Şöbəsinin əməkdaşları tərəfindən istehlaka yararsız qida məhsullarının satışının qarşısının alınması məqsədilə əməliyyat tədbiri keçirilib.
Daxili İşlər Nazirliyinin Mətbuat Xidmətinin Şəki regional qrupundan verilən məlumata görə, daxil olmuş əməliyyat məlumatı əsasında keçirilən tədbir zamanı rayon sakini Xəyal Ziliyev idarə etdiyi “Ford” markalı avtomobillə birgə saxlanılıb.
Nəqliyyat vasitəsinin yük yerinə baxış keçirilən zaman oradan mənşəyi məlum olmayan 2 tona yaxın at əti aşkarlanıb. Araşdırma zamanı at ətinin Cülyan kənd sakini Samir İsayevə məxsus olduğu və X.Ziliyevin istifadəsində olan avtomobillə Bakı şəhərinə göndərmək istədiyi müəyyən edilib. Davam etdirilən tədbirlərlə S.İsayev də şöbəyə gətirilərək izahatı alınıb. Aşkar edilmiş 10 rəst ata aid ət müvafiq nümunələr götürülməsi üçün Qida Təhlükəsizliyi Agentliyinin əməkdaşlarına təhvil verilib.
Faktla bağlı İsmayıllı Rayon Polis Şöbəsində araşdırmalar davam etdirilir.

Manevr.az







Xəbəri paylaş







Adınız:*
E-Mail:
Şərhiniz:
  • winksmile
    laughing
    angry
Kodu yazın: *
yenilə, əgər kod görünmürsə



Çox oxunanlar




Son yüklənənlər


Axtarış

Reklam

İqtisadiyyat
Media
Ədəbiyyat
İdman
Kriminal
Şou-biznes
Elan
Yazarlar
Təqvim

«    Noyabr 2025    »
BeÇaÇCaCŞB
 12
3456789
10111213141516
17181920212223
24252627282930
Sorğu


Portalımızı dəyərləndirin.



Çox oxunanlar