Xəbər lenti
Azərbaycanda ən çox səsi Ərdoğan toplayıb
Ötən gün Türkiyədə keçirilən prezident seçkilərinin ikinci turunda Azərbaycanda səs verən türkiyəli seçicilərin böyük əksəriyyəti Rəcəb Tayyib Ərdoğanı dəstəkləyib.
Manevr.az-ın məlumatına görə, bu barədə Anadolu Agentliyi məlumat yayıb.
Qeyd olunur ki, Azərbaycanda 15 məntəqədə keçirilən seçkilərdə seçicilərin 53,59%-i ( 2644 səs) AKP lideri Rəcəb Tayyib Ərdoğana, 46,41%-i (2290 səs) isə CHP sədri Kamal Kılıçdaroğluna səs verib.
Bundan əlavə, səsvermədə 4983 Türkiyə vətəndaşı iştirak edib. Onlardan 4934 səs etibarlı, 49-u isə etibarsız hesab edilib. Seçici aktivliyi 57,75% olub.
Qeyd edək ki, seçkilərin ilkin nəticələrinə əsasən, Rəcəb Tayyib Ərdoğan prezident seçilib. Türkiyə Ali Seçki Şurasının (YSK) sədri Ahmet Yenerin jurnalistlərə verdiyi açıqlamaya görə, Ərdoğan 52,14, Kamal Kılıçdaroğlu isə 47,86% səs qazanıb. YSK rəhbəri deyib ki, hələ sayılmayan səslər nəticəyə təsir etməyəcək.
Xəbəri paylaş
Çox oxunanlar
Son yüklənənlər
Axtarış
Reklam
İqtisadiyyat
Şou-biznes
Yazarlar
Sevinc QƏRİB
KƏRAMƏT
KƏRAMƏT
Emil Rasimoğlu
KƏRAMƏT
Aydın Canıyev
Aydan Ay
Sorğu
Portalımızı dəyərləndirin.
Çox oxunanlar