Sizin Reklam Burada
Xəbər lenti
11-11-2025
10-11-2025
09-11-2025
BÜTÜN XƏBƏRLƏR

Niaqara şəlaləsi Azərbaycan bayrağının rənglərinə boyanıb - ŞƏKİL

Tarix: 29-05-2023 09:37     Baxış: 4278 A- / A+

Niaqara şəlaləsi 28 May-Müstəqillik Günü münasibəti ilə Azərbaycan bayrağının rənglərində işıqlandırılıb.
ABŞ-la Kanada arasında yerləşən dünyaca məşhur Niaqara şəlaləsi ABŞ vaxtı ilə saat 22:30-da Azərbaycan bayrağının üç rənginə (mavi, qırmızı və yaşıl) boyanıb.

Azərbaycan Xalq Cümhuriyyətinin yaranmasının 105-ci ildönümünə həsr olunmuş mərasim Birləşmiş Ştatların Orta Qərb ştatları üzrə Azərbaycan Mərkəzinin (ACMA) təşkilatçılığı ilə baş tutub. Azərbaycan bayraqları ilə şəlalənin ətrafına dövrə vuran həmvətənlərimiz yallı sədaları altında rəqs ediblər.
Heyrətamiz görüntüyə bürünən Niaqara şəlaləsi ərazini ziyarət edən turistin və yerli sakinlərin diqqətini çəkib. Onlar şəlalənin füsünkar görüntüsünün fonunda foto çəkdiriblər. ACMA-nın üzvləri ziyarətçilərə Azərbaycanın Müstəqillik Günü barəsində məlumat veriblər.

Qeyd edək ki, Niaqara şəlaləsi ABŞ vaxtı ilə səhər saatlarına qədər Azərbaycanın dövlət bayrağının parlaq rəngləri ilə işıqlanacaq."Report”

Manevr.az




Xəbəri paylaş







Adınız:*
E-Mail:
Şərhiniz:
  • winksmile
    laughing
    angry
Kodu yazın: *
yenilə, əgər kod görünmürsə



Çox oxunanlar




Son yüklənənlər


Axtarış

Reklam

İqtisadiyyat
Media
Ədəbiyyat
İdman
Kriminal
Şou-biznes
Elan
Yazarlar
Təqvim

«    Noyabr 2025    »
BeÇaÇCaCŞB
 12
3456789
10111213141516
17181920212223
24252627282930
Sorğu


Portalımızı dəyərləndirin.



Çox oxunanlar