Sizin Reklam Burada
Xəbər lenti
12-09-2025
11-09-2025
BÜTÜN XƏBƏRLƏR

İnsident törədən transseksuallara bu maddə ilə cinayət işi açıldı

Tarix: 27-05-2023 11:48     Baxış: 4208 A- / A+

Mayın 23-nə keçən gecə Bakının Xətai rayonu ərazisində hotelin qarşısında insident törədən cinsi azlıq nümayəndələri (transseksuallar) barəsində cinayət işi başlanılıb.
Manevr.az "Qafqazinfo"ya istinadən bildirir ki, 2003-cü il təvəllüdlü S.Şərifzadə, 2004-cü il təvəllüdlü S.Qədimzadə və 2005-ci il təvəllüdlü S.Atayev barəsində Xətai RPİ-də Cinayət Məcəlləsinin 221-ci (Xuliqanlıq) maddəsi ilə iş açılıb.
İlkin araşdırmalar zamanı məlum olub ki, həmin gecə transseksuallar dəvət əsasında H.Salmani küçəsindəki hotelə gediblər. Lakin orada onlarla görüşdükləri şəxslər arasında mübahisə baş verib və hoteldən çıxarılıblar. Bundan sonra hər 3 şəxs xuliqanlıq zəminində hotelin direktoru olan Türkiyə vətənaşı M.Doğanı söyərək təhqir etməyə, səs-küy salmağa başlayıblar. Bu zaman S.Qədimzadə direktoru vuraraq xəsarət yetirib. S.Şərifzadə isə onların hərəkətlərini çəkən şəxsə zərbələr endirib, həmçinin onun əmlakına 2000 manat dəyərində ziyan vurub.
Hazırda araşdırmalar davam etdirilir.
Qeyd edək ki, hadisədən sonra adları çəkilən şəxslərin saxlanılmasına etiraz edən bir qrup cinsi azlıq nümyəndəsi Xətai RPİ-nin 37-ci Polis Şöbəsinin qarşısına toplanaraq ictimai asayişi pozublar. Onların barəsində İnzibati Xətalar Məcəlləsinə uyğun olaraq tədbir görülüb.

Xəbəri paylaş







Adınız:*
E-Mail:
Şərhiniz:
  • winksmile
    laughing
    angry
Kodu yazın: *
yenilə, əgər kod görünmürsə



Çox oxunanlar




Son yüklənənlər


Axtarış

Reklam

İqtisadiyyat
Media
Ədəbiyyat
İdman
Kriminal
Şou-biznes
Elan
Yazarlar
Təqvim

«    Sentyabr 2025    »
BeÇaÇCaCŞB
1234567
891011121314
15161718192021
22232425262728
2930 
Sorğu


Portalımızı dəyərləndirin.



Çox oxunanlar