Xəbər lenti
Deputat müraciət etdi, problem həllini tapdı...

44 saylı Sumqayıt-Xızı seçki dairəsindən seçilən deputat Müşfiq Məmmədlinin H.Zeynalabdin qəsəbəsində idman zalının inşası ilə bağlı Gənclər və İdman Nazirliyinə etdiyi müraciət müsbət nəticələnib.
Manevr.az xəbər verir ki, deputat problemlə bağlı Milli Məclisin plenar iclasında, həmçinin, müxtəlif dövrlərdə mediada çıxışları olduğunu bildirib:
"Əhalisi 40 mindən artıq olan qəsəbə üçün idman zalının olması vacib məsələdir. Bununla bağlı seçicilər tərəfindən də bizə müraciət olunub. Bütün bunları nəzərə alaraq Azərbaycan Respublikası Gənclər və İdman naziri cənab Fərid Qayıbova etdiyim müraciətə qısa müddətdə reaksiya verildi. Sevindirici haldır ki, nazirlik tərəfindən İqtisadiyyat Nazirliyinə edilən müraciət müsbət cavablandırılaraq Hacı Zeynalabdin qəsəbəsində idman zalı əsaslı vəsait qoyuluşu hesabına tikintisi nəzərdə tutulmuş layihələr siyahısına daxil edilib. Vətəndaşların bu istəyini nəzərə aldıqlarına görə Həm Gənclər və İdman nazirliyinə həm də İqtisadiyyat Nazirliyinə seçicilərim adından dərin təşəkkürümü bildirirəm",- deyə M.Məmmədli vurğulayıb.
Manevr.az
Xəbəri paylaş
Çox oxunanlar
Son yüklənənlər



Axtarış
Reklam

Yazarlar
Emil Rasimoğlu
Emil Rasimoğlu
Emil Rasimoğlu
Cahangir NAMAZOV
-Təranə Dəmir
- Sevil Nuriyeva
Emil Rasimoğlu
Sorğu
Portalımızı dəyərləndirin.
Çox oxunanlar