Sizin Reklam Burada
Xəbər lenti
25-11-2024
24-11-2024
BÜTÜN XƏBƏRLƏR

Xruşovun devrilməsində maşa olan Şelepin – Andropov axırda onu pomidorla “yola salıb”

Tarix: 26-05-2023 14:41     Baxış: 4284 A- / A+


 
Leonid Brejnevin hakimiyyətdə olduğu dövr sovet tarixinə durğunluq illəri, sakit bir dövr kimi düşsə də, siyasi elitanın yuxarı mərtəbələrində heç də sakitlik hökm sürməyib. Hətta baş katibin hakimiyyətdən devrilməsi üçün planlar da hazırlanıb. Bu dəfə də 1964-cü ildəki saray çevrilişində olduğu kimi əsas simalardan biri Aleksandr Şelepin olub. Amma bu dəfə hədəfə Leonid Brejnev düşüb...
Aleksandr Şelepin SSRİ-nin siyasi elitasında ən populyar fiqurlardan biri sayılıb. O, birinci şəxs statusunu daşımadan birincilər qədər nüfuza malik olub. Həm İosif Stalinin, həm Nikita Xruşovun, həm də Leonid Brejnevin komandalarında özünə yer etməyi bacaran Şelepin sovet liderinin kürsüsünə doğru inamla addımlayıb.
1353985_600.jpg (50 KB)
1918-ci ildə Voronejdə anadan olan Şelepin orta məktəbi qızıl medalla bitirdikdən sonra Moskva Fəlsəfə, Ədəbiyyat və Tarix İnstitutunda ali təhsil alıb. Sovet-alman müharibəsində ən ağır hərbi əməliyyatlarda iştirak edib, partizan hərəkatının yaradılmasında xüsusi fəallıq göstərib. Onun adı dəfələrlə Dövlət Müdafiə Komitəsində müsbət tərəfdən hallanıb.
Müharibədən sonra Şelepin komsomol orqanlarında işləyib, vəzifə pillələrini sürətlə qalxıb. Bir neçə il ərzində o, Ümumittifaq Leninçi Kommunist Gənclər İttifaqı Komitəsinin (komsomol) ikinci katibi vəzifəsini tutub. 1952-ci ildə isə Şelepinin vəzifə karyerasında yeni mərhələ başlayıb. Həmin ilin oktybr ayında Leninqradda ezamiyyətdə olarkən onu təcili geri çağırıblar. Şelepin Stalinin qəbuluna dəvət olunub. Sovet lideri ilə görüş olduqca gərgin keçib. Stalin ona əyləşmək üçün yer də göstərməyib. Bir-birinin ardınca verdiyi sualların cavabını alarkən Stalin Şelepinin bir addımlığında dayanaraq onun gözlərinin içinə baxıb. Sual-cavab sona çatdıqdan sonra Şelepin sağollaşıb kabinetdən çıxanda Stalin ona heç bir cavab verməyib. Sözsüz ki, Stalinin bu cür sərt rəftarı Şelepini ciddi şəkildə narahat edib. Amma bu narahatlıq cəmi iki gün çəkib. Artıq oktyabrın 30-da Şelepin ÜLGKİ-nin birinci katibi kürsüsündə əyləşib.
skrinshot-09-12-2020-233315.jpg (172 KB)
Şelepin Xruşovla münasibətlərini ən yüksək səviyyədə qurmağı bacarıb. Münasibətlər o qədər yaxın olub ki, Xruşov 1958-ci ildə Şelepinə DTK sədri vəzifəsini etibar edib. Şelepin bu etibarı 1957-ci ildə “antipartiya qrupu” (Molotov, Kaqanoviç, Malenkov) Xruşovu vəzifədən devirmək istədiyi vaxt qazanıb. Vaxtilə Stalin komandasının üzvü olan Şelepin plenumda Stalin rejimini sərt tənqid edib, buraxılmış səhvlərdə, milyonlarla insanın sürgünə göndərilməsində, edam edilməsində Molotovu, Kaqanoviçi, Malenkovu ittiham edib.
Əslində Şelepin Xruşovun siyasi fəaliyyətini qəbul etməyib. Amma mövqelərini möhkəmlətmək üçün sovet lideri ilə yaxınlıq etməyi vacib sayıb. Şelepin hələ komsomola rəhbərlik etdiyi illərdə özünə böyük bir “komsomol ordusu” hazırlayıb. Könüllü drujina dəstələri üzvlərinin sayı yüz minləri keçib. Məhz həmin dövrdə həmin dəstələr az qala milis orqanlarının səlahiyyətləri qədər imkanlara malik olublar. Bir çox dövlət məmurları bu sosial bazanın imkanlarını təhlükəli sayıb, onların istənilən vaxt mitinq və nümayişlər təşkil edəcəyindən, hətta hakimiyyəti ələ ala biləcəklərindən də ehtiyat ediblər. Məhz elə bu imkanlara görə Brejnev 1964-cü ildəki saray çevrilişinə hazırlaşanda Şelepindən istifadə etməyi zəruri sayıb.
ria-856531.jpg (111 KB)
Xruşovun devrilməsində Şelepindən yetərincə istifadə olunub. Brejnev kürsüsünü rahatladıqdan sonra onu necə zərərsizləşdirməyi haqqında düşünüb. DTK sədri vəzifəsindən sonra eyni zamanda bir neçə vəzifəni, Mərkəzi Komitə yanında Partiya və Dövlər Nəzarəti Komitəsinin sədri, Mərkəzi Komitənin katibi, SSRİ Nazirlər Sovetinin sədr müavini, bir neçə dövlət komissiyasının sədri və üzvü olan Şelepin Brejnev komandası üçün böyük təhlükə sayılıb. Digər bir tərəfdən onun dövlət çevrilişi sahəsindəki təcrübəsi Brejnevi daha çox qorxudub.
1965-ci ildə Kremldə keçirilən iclasda Mərkəzi Komitə yanında Partiya və Dövlət Nəzarəti Komitəsinin ləğv edilərək iki quruma bölünməsi müzakirə edilib. Əvvəlcədən planlaşdırıldığı kimi, müzakirələrdə qurumun ləğv edilməsinə səs verilənlərin sayı daha çox olub. Bununla da Şelepin avtomatik olaraq vəzifəsini itirib. Narazılığın dərinləşməməsi üçün Brejnev Şelepinə Ümumittifaq Həmkarlar İttifaqının sədri vəzifəsini təklif edib.
novayaulica_foto.jpg (57 KB)
Şelepinlə Brejnev komandasının arasındakı gizli müharibə bununla da yekunlaşmayıb. 1970-ci illərin əvvəllərində Brejnevin ən yaxın adamlarından biri olan daxili işlər naziri Nikolay Şelokov baş katibə Şelepinin “komsomol dəstələri”ni gizli silahlandırıldığı haqqında məlumat verib. Bəzi versiyalara görə, Şelepin olduqca ciddi şəkildə dövlət çevrilişinə hazırlaşıb.
Brejnev öz işini tədbirli tutaraq Şelepinin karyerasına birdəfəlik son qoymağı Andropova həvalə edib. 1975-ci ildə Şelepin İngiltərədə ezamiyyətdə olarkən sovet xüsusi xidmət orqanlarının əməkdaşları SSRİ-nin Həmkarlar Komitəsinin nümayəndələrinə qarşı süni şəkildə etiraz aksiyası təşkil ediblər. Aksiya zamanı Şelepin pomidor yağışına tutulub və bu qərb mətbuatında da tirajlanıb. Şelepin Moskvaya qayıdan gün, hava limanıa düşəndən bir saat sonra Kremlin qırmızı xalçasına dəvət olunub. O, bütün vəzifələrindən, o cümlədən Siyasi Büro üzvlüyündən uzaqlaşdırılıb.
posle-vrucheniya-boevyh-nagrad-rodiny-hanoy-yanvar-1966.jpeg (297 KB)
Həmin gün Şelepin Xruşovun devrilməsini xatırlayıb. Belə ki, Xruşovun istefa verməsi ilə bağlı plenumdan sonra Xruşov büro üzvləri ilə əllə görüşərək Mərkəzi Komitəni tərk edib. O, Şelepinə əl uzadanda sakitcə pıçıldayıb:
- Bir gün səni də belə yola salacaqlar. Bəlkə hələ bundan da pis.
1974-cü ildən 1984-cü ilə qədər Şelepin Texniki Peşə Məktəbləri üzrə Dövlət Komitəsini sədr müavini vəzifəsində işləyib. Həmin illərdə o, bir dəfə də olsun dövlət tədbirlərinə dəvət olunmayıb.
Могила_государственного_деятеля_Александра_Шелепина.JPG.jpg (163 KB)
 
“Dəmir Şurik” təxəllüsünü qazanan Aleksandr Şelepin 1994-cü ildə, 76 yaşında vəfat edib. O, Moskvada, Novodeviçye qəbirstanlığında dəfn edilib.

İlham Cəmiloğlu, 
Musavat.com

Xəbəri paylaş







Adınız:*
E-Mail:
Şərhiniz:
  • winksmile
    laughing
    angry
Kodu yazın: *
yenilə, əgər kod görünmürsə



Çox oxunanlar




Son yüklənənlər


Axtarış

Reklam

İqtisadiyyat
Media
Ədəbiyyat
İdman
Kriminal
Şou-biznes
Elan
Yazarlar
Təqvim

«    Noyabr 2024    »
BeÇaÇCaCŞB
 123
45678910
11121314151617
18192021222324
252627282930 
Sorğu


Portalımızı dəyərləndirin.



Çox oxunanlar