Sizin Reklam Burada
Xəbər lenti
25-11-2024
24-11-2024
BÜTÜN XƏBƏRLƏR

Kişilər də zorakılığa məruz qalır...

Tarix: 22-03-2023 10:12     Baxış: 3116 A- / A+
                  Kişilər də zorakılığa məruz qalır...
Ailə-məişət zorakılığından danışarkən hər zaman göz önünə qadınlara və uşaqlara qarşı zorakılıqlar gəlir. Lakin bir sıra hallarda kişilər də zorakılığın müxtəlif növləri ilə qarşılaşırlar.
 
BMT-nin son illər apardığı araşdırmalar ailədaxili zorakılıq zamanı qurban rolunda kişilərin sayının artdığını göstərir. Belə ki, ötən dövrlərlə müqayisədə dünyada get-gedə kişilər daha çox qadın zorakılığına məruz qalır. ABŞ Ədliyyə Departamentinin məlumatına görə, əri tərəfindən döyülən hər 15 qadına, qadın tərəfindən döyülən 8 kişi düşür. Eyni zamanda qadınların ərləri ilə mübahisə zamanı 2,5 dəfə daha çox bıçağa əl atdığı, 2 dəfə çox isə öz partnyorlarına ağır xəsarətlər yetirdiyi bildirilir.
 
Sosioloqlar uzun illər yalnız qadınlara qarşı törədilən ailədaxili zorakılığı araşdırdıqlarına görə şiddətə məruz qalan kişilər barədə dolğun məlumatlar olmayıb. Son illər bu sahədə boşluğu doldurmaq üçün aparılan araşdırmalara daha çox ABŞ və Qərbi Avropa ölkələrində rast gəlinir.
 
Bununla belə, həmin araşdrımalar da təəccüblü nəticələr nümayiş etdirir. Belə ki, Qərbdə əri tərəfindən şiddətə məruz qalan qadınların 80%-i ən azı 1 dəfə cavab zorakılığına əl atıb.
 
Zorakılığın 14 faizi kişilərə, 86 faizi qadınlara qarşıdır
 
Azərbaycanda hər il məişət zorakılığı ilə bağlı təxminən 850-yə qədər cinayət işi qeydə alınır. Belə ki, son illər ərzində zorakılıq hallarının 86 faizi qadınlara qarşı törədilib. 14 faiz zorakılıq halı isə kişilərə qarşı olub. Məişət zorakılığının baş vermə səbəbləri əsasən ailədaxili söz-söhbətlər, qadınların şiddətə məruz qalması və döyülməsidir. Kişilərə qarşı baş verən məişət zorakılığında isə daha çox kişinin ailə vəzifələrini yerinə yetirməməsi, evə qazanc gətirməməsi, qayınana və qayınatanın ailə şəraitinə tez-tez müdaxilə etməsi, eləcə də sözügedən tərəflərin yola getməmələri və s. səbəb göstərilir. Bütün bunlar fonunda zorakılıq yaranır və boşanma ilə nəticələnir.
 
Respublika ərazisində olan hər bir icra hakimiyyətində Gender zorakılığı və uşaqlara qarşı zorakılıq üzrə monitorinq qrupu fəaliyyət göstərir. Monitorinq qrupu üzvləri arasında icra hakimiyyətindən, polisdən, Əmək və Əhalinin Sosial Müdafiəsi, Təhsil və Səhiyyə nazirliklərindən nümayəndələr olur.
Zorakılığın dərəcəsi ağır olduqda zərərçəkmiş şəxsə mühafizə orderi verilir:
Bu order zərərçəkmiş şəxsin hüquqlarını müdafiə etmək üçündür. Order qısamüddətli (1 ay) verildikdə, əgər qarşı tərəf əməlindən əl çəkmirsə, bu zaman icra hakimiyyətinin təşəbbüsü ilə məhkəməyə müraciət edilir və orderin müddəti 180 günə (6 ay) qədər artırılır. Bunun şərtləri isə daha ağırdır. Belə ki, uzunmüddətli orderdən sonra yenə də şiddətə davam edilirsə, burada polis birbaşa işə qarışır.
 
Qadınlar kişilərə necə şiddət göstərir?
 
Rusiyada və ABŞ-da hazırda həyat yoldaşını öldürən hər 100 kişiyə ərini öldürən 75 qadın düşür. Yaxın onilliklərdə bu nisbətin bərabərləşəcəyi gözlənilir. Böyük Britaniyada 2018-ci ildə keçirilən sorğu zamanı rəyi soruşulan 38% qadın və 24% kişi tərəf müqabilinə fiziki şiddət göstərdiyini etiraf edib. Psixoloji basqıya gəlincə, 68% qadın və 53% kişi ailədaxili mübahisələrdə bu metoddan istifadə etdiyini bildirib.
 
Azərbaycanda fiziki zorakılığı daha çox kişilər törədir. Təbii ki, qadınlar tərəfindən də törədilən fiziki zorakılıq faktları olur. Bəzən özünü çətin idarə edən əlil, xəstə, qoca kişilər olur ki, qadınlar onlara qarşı zorakılıq edir. Məsələn, qadın kişinin pensiyasını əlindən alır, onların istirahətlərinə mane olur, psixoloji təsir göstərir. Hətta bəzən qoca və xəstə kişilər qadınlar tərəfindən döyülür. Son dövrlərdə gənc ailələrdə zorakılıq çox nadir hallarda olur.
 
Zorakılıq varsa, ondan çıxış yolları da var. Xüsusən də bəzi ölkələrdə bu şəxslərin qorunması üçün xüsusi evlər yaradılıb. Hazırda qonşu Türkiyədə, İsveçrədə, ABŞ-da, Almaniyada, Kanadada, Niderlandda zorakılığa məruz qalan kişilər üçün xüsusi sığınacaqlar fəaliyyət göstərir. Bu sığınacaqlara hansısa fəlakətdən çətin vəziyyətə düşən, cinsi orientasiyasına görə təzyiqə məruz qalan kişilər də sığına bilir.
 
Türkiyədə kişilər üçün sığınma evlərinin ən məşhuru Konyada yerləşir. Bura müraciət edənlərin böyük əksəriyyəti həyat yoldaşı və uşaqları tərəfindən zorakılığa məruz qalmış kişilərdir. Bir qeyri-hökumət təşkilatı tərəfindən açılan  ev “Zərərçəkənin cinsi olmaz” şüarını deviz seçib. Evdə eyni vaxtda 40-50 kişi sığınacaq tapa bilir. İldə isə ən azı 400-500 nəfər yardım məqsədilə bura müraciət edir, bəziləri oranın uzunmüddətli qonağına çevrilir.
 
Kanadanın bir çox bölgələrində mövcud olan bu tipli evlərin sakinləri isə daha çox işsizlikdən, təbii fəlakətlərdən əziyyət çəkənlərdir. Sözügedən ölkədə ilk belə ev 1931-ci ildə yaradılıb və sayı dayanmadan artır. Bir araşdırma nəticəsində məlum olub ki, 40 milyon əhalisi olan Keniyada 2,1 milyon kişi qadınlar tərəfindən fiziki və psixoloji şiddətə məruz qalır. Keniyalı sosioloq Nidirutu Njoka işsiz və yaşı 40-ı keçmiş kişilərin daha çox istismar edildiyini bildirib. Ölkədə qadınlar ərlərini aldadır, onları ev işlərini görməyə və uşağa baxmağa məcbur edirlər.
 
Məqalə Azərbaycan Respublikasının Medianın İnkişafı Agentliyinin maliyyə dəstəyi ilə və müsabiqə şərtlərinə uyğun olaraq "Uşaq və gənclərin fiziki-mənəvi inkişafı" mövzusunda hazırlanıb.
 
 
Taleh Şahməmmədli
Yazı Qeyri-Hökumət Təşkilatlarına Dövlət Dəstəyi Agentliyinin qrant layihəsi çərçivəsində hazırlanmışdır
 

Xəbəri paylaş







Adınız:*
E-Mail:
Şərhiniz:
  • winksmile
    laughing
    angry
Kodu yazın: *
yenilə, əgər kod görünmürsə



Çox oxunanlar




Son yüklənənlər


Axtarış

Reklam

İqtisadiyyat
Media
Ədəbiyyat
İdman
Kriminal
Şou-biznes
Elan
Yazarlar
Təqvim

«    Noyabr 2024    »
BeÇaÇCaCŞB
 123
45678910
11121314151617
18192021222324
252627282930 
Sorğu


Portalımızı dəyərləndirin.



Çox oxunanlar