Sizin Reklam Burada
Xəbər lenti
12-09-2025
11-09-2025
BÜTÜN XƏBƏRLƏR

Bakıda içməli su qıtlığı olacaq? - RƏSMİ AÇIQLAMA

Tarix: 23-05-2023 13:30     Baxış: 3195 A- / A+
Bakıda içməli su qıtlığı olacaq? - RƏSMİ AÇIQLAMA
Bakı və Bakıətrafı ərazilərdə içməli su qıtlığı olmayacaq.
 
Manevr.az xəbər verir ki, bunu “Trend”in sorğusuna cavab olaraq “Azərsu” Açıq Səhmdar Cəmiyyətinin Mətbuat Xidmətinin rəhbəri Anar Cəbrayıllı deyib.
 
O bildirib ki. içməli su qıtlığının yaranmaması üçün “Azərsu” ASC kifayət qədər tədbirlər görüb:
 
“Yay aylarında əhalinin dayanıqlı su təminatının aparılması üçün planlar hazırlanıb. Xətt siyirtmələrinin, nasos stansiyalarının saz vəziyyətdə olması, onların idarə edilməsi, rejimlərin tənzimlənməsini həyata keçirməklə çalışacağıq ki, bütün abonentlərimizi dayanıqlı içməli su ilə təmin edək. Yəni əvvəlki illərin yay aylarında təminat necə olubsa, bu il də Bakı və bakıətrafı ərazilər eyni qaydada içməli su ilə təmin ediləcək”.
 
A.Cəbrayıllı bildirib ki, əhalinin içməli su ilə təmin edilməsi üçün Kür çayı və Ceyranbatan su anbarında kifayət qədər su ehtiyatı var:
 
“Düzdür, su ehtiyatları əvvəlki illərdəki kimi deyil, amma əhalinin içməli su təminatına bəs edəcək səviyyədədir”.

Xəbəri paylaş







Adınız:*
E-Mail:
Şərhiniz:
  • winksmile
    laughing
    angry
Kodu yazın: *
yenilə, əgər kod görünmürsə



Çox oxunanlar




Son yüklənənlər


Axtarış

Reklam

İqtisadiyyat
Media
Ədəbiyyat
İdman
Kriminal
Şou-biznes
Elan
Yazarlar
Təqvim

«    Sentyabr 2025    »
BeÇaÇCaCŞB
1234567
891011121314
15161718192021
22232425262728
2930 
Sorğu


Portalımızı dəyərləndirin.



Çox oxunanlar