Sizin Reklam Burada
Xəbər lenti
31-12-2025
BÜTÜN XƏBƏRLƏR

Məşhur yazıçı və tənqidçi VƏFAT ETDİ - Şəkil

Tarix: 21-05-2023 07:24     Baxış: 3257 A- / A+
Britaniyalı yazıçı və tənqidçi Martin Emis 73 yaşında vəfat edib.

Bu barədə "Sky News" kanalı nasirin həyat yoldaşı İzabelle Fonsekanın açıqlamasına istinadla məlumat yayıb.

Emisin mayın 19-da Floridadakı evində mədə xərçəngindən vəfat etdiyi bildirilir.

Onun yaxın dostu, ABŞ-da tanınmış publisist və ədəbiyyatşünas Kristofer Hitchens də eyni xəstəlikdən dünyasını dəyişib.

Nasirin “Vintage Books” nəşriyyatı Emisin vəfatı ilə bağlı başsağlığı verib, onun “nəsr stilistləri nəslinə” təsir etdiyini qeyd edib.

Martin Emis 25 avqust 1949-cu ildə Oksfordda anadan olub. Ögey anası yazıçı Elizabet Ceyn Hovard onu Ceyn Ostenin yaradıcılığı ilə tanış edənə qədər o, komikslərdən başqa heç nə oxumadığı məlumdur.

Emis 15 roman nəşr edib. Bunlardan ən məşhurları "Money: A Suicide Note" və "London Fields"dir. O, ilk kitabını 24 yaşında nəşr etdirib və 40 il İngiltərənin nəşriyyat dünyasına hakim olub.

Emis "Lucky Jim" kitabı ilə şöhrət qazanan və 1995-ci ildə vəfat edən məşhur yazıçı Kingsley Emisin oğlu idi. publika.az

Manevr.az 

Xəbəri paylaş







Adınız:*
E-Mail:
Şərhiniz:
  • winksmile
    laughing
    angry
Kodu yazın: *
yenilə, əgər kod görünmürsə



Çox oxunanlar




Son yüklənənlər


Axtarış

Reklam

İqtisadiyyat
Media
Ədəbiyyat
İdman
Kriminal
Şou-biznes
Elan
Yazarlar
Təqvim

«    Yanvar 2026    »
BeÇaÇCaCŞB
 1234
567891011
12131415161718
19202122232425
262728293031 
Sorğu


Portalımızı dəyərləndirin.



Çox oxunanlar