Xəbər lenti
“Narkotiklərə yox de, bizimlə birlikdə ol!” devizi altında velosiped yürüşü keçirilib - Şəkillər

Yeni Azərbaycan Partiyası (YAP) Mərkəzi Aparatının, “Azərbaycan Televiziya və Radio Verilişləri” Qapalı Səhmdar Cəmiyyətinin və Narkomanlığa və Narkotik Vasitələrin Qanunsuz Dövriyyəsinə Qarşı Mübarizə üzrə Dövlət Komissiyasının daimi fəaliyyət göstərən İşçi Qrupunun 2023-cü il üçün Tədbirlər Planına uyğun olaraq YAP Sumqayıt şəhər təşkilatının və “Gənc velosipedçilər” İctimai Birliyinin birgə təşkilatçılığı ilə “Narkotiklərə yox de, bizimlə birlikdə ol!” devizi altında velosiped idman növü üzrə yürüş keçirilib.
Yürüşün keçirilməsində məqsəd narkotik vasitələrin, psixotrop maddələrin, onların prekursorlarının qanunsuz dövriyyəsinin və narkomanlığa qarşı mübarizənin gücləndirilməsi və gəncləri zərərli vərdişlərdən uzaqlaşdırmaqdır.

“Narkotiklərə yox de, bizimlə birlikdə ol!” velosiped idman növü üzrə keçirilən yürüşdə “Baku Riders”, “Only Moto”, “Baku trek”, "Sumqayıt" velo klublarının üzvləri, gənclər və Sumqayıt şəhər Baş Polis İdarəsinin əməkdaşları iştirak ediblər.
Sonda yürüş iştirakçılarına fəxri fərmanlarla yanaşı, sertifikatlar və "D'olivo" italyan restoranının, "Hello" İxtisaslaşdırma və İnkişaf Mərkəzinin hədiyyələri təqdim olunub.
Manevr.az











Xəbəri paylaş
Çox oxunanlar



Son yüklənənlər



Axtarış
Reklam

Şou-biznes
Yazarlar
Cahangir NAMAZOV
-Təranə Dəmir
- Sevil Nuriyeva
Emil Rasimoğlu
Emil Rasimoğlu
Fərasət Babazadə
İttifaq MİRZƏBƏYLİ
Sorğu
Portalımızı dəyərləndirin.
Çox oxunanlar