Manevr.az bildirir ki, bu barədə Krallığın Maliyyə Nazirliyinin məlumatlarına istinadən “Sky News” telekanalı məlumat yayıb.
II Yelizaveta 2022-ci il sentyabrın 8-də 97 yaşında vəfat edib. Böyük Britaniyada bununla bağlı 10 günlük milli matəm elan edilib.əqdim olunan məlumatlara görə, dəfn mərasimi və əlaqədar tədbirlər üçün ən böyük məbləği Böyük Britaniya Daxili İşlər Nazirliyi ödəyib - 74 milyon funt-sterlinq (92 milyon dollar). Sonrakı yerdə Mədəniyyət, Media və İdman Nazirliyi gəlir - 57,4 milyon funt-sterlinq (71 milyon dollar).

Kraliçanın dəfnini Şotlandiya (ölkə qalanlardan daha çox pul ödəyirdi), Uels və Şimali İrlandiya hökuməti tərəfindən də maliyyələşdirilib. Böyük Britaniya Xəzinədarlığı bu ölkələrə kompensasiyanın tam ödənildiyini bildirib.
Milli Polis Rəisləri Şurasının məlumatına görə, Kraliçanın dəfn mərasimi paytaxt polisi üçün ən böyük polis əməliyyatı olub.