Sizin Reklam Burada
Xəbər lenti
23-01-2025
22-01-2025
BÜTÜN XƏBƏRLƏR

Çox ağır hissdir... - 40 gün Abbasəli müəllimsiz

Tarix: 18-05-2023 16:16     Baxış: 3457 A- / A+

Ömürlük ayrılıq gəlməsin asan, 
Hərə bir acını içdi dünyadan.
Belə bir təbiət,belə bir insan, 
Belə bir müəllim köçdü dünyadan...


Bu gün Ağsu Yazarları Ədəbi Birliyinin üzvü, ömrünü-gününü təhsil sahəsində fəda edən dəyərli müəllim, gözəl ata, ziyalı ağsaqqalımız Abbasəli müəllimin vəfatından 40 gün ötür. Artıq 40 gündür ki, hər kəsi öz dili ilə mehribancasına danışdıran, nəsihətlər verən, nəyi necə etmək lazımdırsa, onu tövsiyə edən insan aramızda yoxdu.

Səninlə gedibdir arxa-dayağım,
Bir işin dalınca getmir ayağım,
Ən gözəl məkanlar olsa oylağım...
Gözümün yaşısan, qəlbimin ahı, 
Atasız dünyanı neynirəm axı ?!


Onun yoxluğu yaxınları, əzizləri, dostları kimi məni də çox sarsıtdı. Abbasəli müəllimin bizləri tərk etməsi ilə heç cür barışa bilmirəm. Düzdür, bir rayonda yaşasaq da, mən onu gec tanıdım.Tanıdığım az müddətdə ona qarşı o qədər doğmalıq hiss etdim ki, bu hissləri yazmaqla təsəvvür etmək olmaz.
Bizi bir araya gətirən Ağsu Yazarları Ədəbi Birliyi oldu. Əgər bu birlik yaranmasaydı, Abbəsəli müəllim kimi dəyərli insanı, bəlkə də, tanımayacaqdım, o cümlədən birlik üzvlərini. Birliyi bizim üçün yaradan Raqif Nazimoğluna və bu birliyin yaranmasında əməyi keçən bütün insanlara öz dərin təşəkkürümü bildirirəm. Nə yaxşı ki, bu birlik yarandı və mən Abbasəli müəllim kimi dəyərli insanı tanıdım.Tanıdığım az müddət ərzində ondan özümə qarşı doğmalıq hiss etdim. Bəlkə də bu doğmalıq, ona olan sevgim Abbəsəli müəllimin insani keyfiyyətləri və atamla eyni yaşıd olması idi.Onun dünyadan gedişi bir daha atamın ölümünü mənə xatırlatdı.
Çox ağır hissdir...
Allahdan Abbəsəli müəllimə rəhmət diləyib, onun ailəsinə, övladlarına, yaxınlarına və xüsusilə də oğlu, Ağsu Yazarları Ədəbi Birliyinin üzvü Rəşad Əhmədliyə dərin hüznlə başsağlığı verirəm. "Atanın məkanı cənnət olsun",- deyirəm.

O getdi, dalınca ellər ağladı,
Gözümdə yaş oldu sellər ağladı,
Çiçəklər ağladı, güllər ağladı...
Gözüyaşlı qoydu bütün külfəti, 
Bitmədi içimdə ata həsrəti...











Mərziyə Sarvan 
AYB- nin üzvü

Manevr.az 

Xəbəri paylaş







Adınız:*
E-Mail:
Şərhiniz:
  • winksmile
    laughing
    angry
Kodu yazın: *
yenilə, əgər kod görünmürsə



Çox oxunanlar




Son yüklənənlər


Axtarış

Reklam

İqtisadiyyat
Media
Ədəbiyyat
İdman
Kriminal
Şou-biznes
Elan
Yazarlar
Təqvim

«    Yanvar 2025    »
BeÇaÇCaCŞB
 12345
6789101112
13141516171819
20212223242526
2728293031 
Sorğu


Portalımızı dəyərləndirin.



Çox oxunanlar