Sizin Reklam Burada
Xəbər lenti
20-04-2024
19-04-2024
BÜTÜN XƏBƏRLƏR

“Vüqar Muradovun üzrünü qəbul etmirik, təzminat ödəsin” - Əməkdar artistin xanımı

Tarix: 18-05-2023 11:11     Baxış: 4130 A- / A+
Xəbər verdiyimiz kimi, aylar əvvəl "Elgizlə izlə" ictimai-sosial verilişdə müğənni Vüqar Muradov iddia edib ki, müğənni Elçin Cəfərovu narkomaniyaya qurşandıran Əməkdar artist Natiq Nuriyev olub. Müğənninin bu açıqlamasından sonra skripka ustadı qarşı tərəfi məhkəməyə verib və ondan üzr istəməsini, eyni zamanda yüksək məbləğdə mənəvi təzminat tələb edib.  
Manevr.azxəbər verir ki, məsələ ilə bağlı bizim.media-nın əməkdaşı Natiq Nuriyevlə əlaqə saxlayıb. Dəstəyi qaldıran Əməkdar artistin həyat yoldaşı Sevinc Nuriyeva bildirib ki, Vüqar Muradov prosesi uzatmağa çalışır: 

"Məhkəmə prosesi hələ davam edir. Bu ay qətnaməyə yenidən baxılacaq. Bizim qarşı tərəfdən tələbimiz təkcə üzr istəmək deyil, eyni zamanda mənəvi təzminatın ödənilməsidir. Təzminatın məbləği haqda məlumat verə bilməyəcəyəm. Məhkəmə yekunlaşandan sonra bu haqda sizə deyəcəyəm. Bir neçə dəfə məhkəmə olub. Vüqar üzrxahlıq etmək istədiyini bildirsə də, biz razı olmamışıq. Hakim onun səhhətinin pis olduğunu görüb dedi ki, get onlarla barış. Çünki bu məsələdə sən günahkarsan. O, bu haqda vəkilimizlə də danışıb. Lakin biz onun üzrünü qəbul etmədik və etməyəcəyik. Mayın 12-si məhkəmə olmalı idi. Hakimin hüzürü düşdüyündən proses başqa zamana keçirildi. Vüqar özü də məhkəmə prosesini uzadır. Gah deyir ki, xəstəyəm, gah deyir ki, özümlə şahid gətirəcəyəm. Amma onun heç bir şahidi yoxdur. Bu kimi məsələlərlə prosesi uzadır. Amma yaxın günlərdə dediyim ki, yenidən baxış olacaq və qərar qəbul olunacaq". 

Xəbəri paylaş







Adınız:*
E-Mail:
Şərhiniz:
  • winksmile
    laughing
    angry
Kodu yazın: *
yenilə, əgər kod görünmürsə



Çox oxunanlar




Son yüklənənlər


Axtarış

Reklam

İqtisadiyyat
Media
Ədəbiyyat
İdman
Kriminal
Şou-biznes
Elan
Yazarlar
Təqvim

«    Aprel 2024    »
BeÇaÇCaCŞB
1234567
891011121314
15161718192021
22232425262728
2930 
Sorğu


Portalımızı dəyərləndirin.



Çox oxunanlar