Sizin Reklam Burada
Xəbər lenti
25-11-2024
24-11-2024
BÜTÜN XƏBƏRLƏR

“Yaylaq Festivalı” ərazisində əxlaqsızlıq yuvası yaratdı - 2 saatı 41 manat...

Tarix: 17-05-2023 11:44     Baxış: 3178 A- / A+

Göygölün Yeni Zod qəsəbəsi ərazisində yerləşən "Milli Yaylaq Festivalı" ərazisində əxlaqsızlıq yuvası təşkil etdiyinə görə barəsində cinayət işi açılmış şəxsə hökm oxunub.
Manevr.az qafqazinfo-ya istinadən xəbər verir ki, həmin ərazidə gözətçi kimi çalışan 63 yaşlı M.Məmmədovun çadırlardan birində pul müqabilində əxlaqsızlıq yuvası təşkil etdiyi müəyyən edilib. Faktla bağlı Cinayət Məcəlləsinin 244.1-ci (Əxlaqsızlıq yuvaları saxlama) maddəsi ilə iş açılıb.
Araşdırmalar zamanı məlum olub ki, yay aylarında "Milli Yaylaq Festivalı" keçiriləndən sonra təşkilatçılar oradakı çadırları sökməmək və növbəti 2023-cü ilin yayında keçiriləcək festivala saxlamağı qərara alıblar. Onlar Yeni Zod kənd sakini olan M.Məmmədovla qeyri-rəsmi şəkildə əraziyə gözətçilik etməsi və məvacib olaraq aylıq 400-500 manat ödənilməsinə razılaşıblar.

Lakin sonradan M.Məmmədovun ona müraciət edən şəxsə pul müqabilində çadırlardan birini icarəyə verməsi məlum olub. Polisin keçirdiyi əməliyyat zamanı çadırdakı iki nəfər müəyyən edilib və onların ifadələri alınıb. Həmin şəxs M.Məmmədova çadırın 2 saatlıq icarəsi üçün 41 manat ödədiyini bildirib.
Məmmədov barəsindəki cinayət işinin materialları Göygöl Rayon Məhkəməsinə göndərilib. Məhkəmənin hökmü ilə o, qazancının 15 faizi dövlət nəfinə tutulmaqla 2 il müddətinə islah işləri cəzasına məhkum edilib.

Xəbəri paylaş







Adınız:*
E-Mail:
Şərhiniz:
  • winksmile
    laughing
    angry
Kodu yazın: *
yenilə, əgər kod görünmürsə



Çox oxunanlar




Son yüklənənlər


Axtarış

Reklam

İqtisadiyyat
Media
Ədəbiyyat
İdman
Kriminal
Şou-biznes
Elan
Yazarlar
Təqvim

«    Noyabr 2024    »
BeÇaÇCaCŞB
 123
45678910
11121314151617
18192021222324
252627282930 
Sorğu


Portalımızı dəyərləndirin.



Çox oxunanlar