Sizin Reklam Burada
Xəbər lenti
25-11-2024
24-11-2024
BÜTÜN XƏBƏRLƏR

Ermənistanın vurulan PUA-sını kim hazırlayıb? – Mütəxəssis açıqladı

Tarix: 13-05-2023 11:10     Baxış: 3279 A- / A+

“Azərbaycan Ordusu tərəfindən zərərsizləşdirilən erməni PUA-sı kustar üsulla hazırlanan bir vasitəyə bənzəyir”.
Manevr.az xəbər verir ki, bu sözləri Yenisabah.az-a açıqlamasında ehtiyatda olan mayor Ədalət Verdiyev deyib.
O, ötən gün Kəlbəcər istiqamətində zərərsizləşdirilən erməni PUA-sı barəsində danışıb. Xatırladaq ki, nazirliyin yaydığı görüntülərdən aydın olur ki, fotolardakı PUA kustar üsulla hazırlanıb.
Onun fikrincə, bu, Ermənistanın yerli istehsalı olan BEEB-3200 PUA-sının konstruksiyasına çox bənzəyir:
“Bu PUA bəsit bir konstruksiyaya malikdir. Sadəcə bu PUA bir GPS modulu ilə idarə olunan bir neçə partlayıcıya malik PUA-dır. Böyük ehtimalla onun avtopilot sistemi yoxdur. PUA sadəcə zərərsizləşdirilib, çünki onun üzərində heç bir vurulma əlamətləri, yanıq, his-pas, yoxdur. Bu isə o deməkdir ki, həmin PUA radioelektron vastiələrimizin köməyi ilə endirilib. PUA-nın litium batareyalarla çalışdığı ehtimal olunur”.
Mayor iddia edib ki, PUA-nın idarəetməsi isə yerüstü komanda məntəqəsindən həyata keçirilib:
“Süni zəka və ya üstün bir idarəetmə imkanlarına da malik deyil. Böyük ehtimalla, bu, Ermənistanda həvəskar istifadəçilər tərəfindən hazırlanan bir PUA-dır. Markası açıqlanmadığına və onun üzərində qalıqları üzərində markasınının adı görünmədiyinə görə, onun tam detallı araşdırılması müdafiə sənayesinin mütəxəssisləri tərəfindən aparılacaq. Yəqin ki, yaxın zamanlarda bu barədə məlumatlar aidiyyəti qurumlara təqdim ediləcək.

Manevr.az

Xəbəri paylaş







Adınız:*
E-Mail:
Şərhiniz:
  • winksmile
    laughing
    angry
Kodu yazın: *
yenilə, əgər kod görünmürsə



Çox oxunanlar




Son yüklənənlər


Axtarış

Reklam

İqtisadiyyat
Media
Ədəbiyyat
İdman
Kriminal
Şou-biznes
Elan
Yazarlar
Təqvim

«    Noyabr 2024    »
BeÇaÇCaCŞB
 123
45678910
11121314151617
18192021222324
252627282930 
Sorğu


Portalımızı dəyərləndirin.



Çox oxunanlar